vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
13:06 | 9 avqust 2014 | Şənbə Məqaləyə 3010 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hökumət küçə davalarını leqallaşdırır?

Cəmi 300 manata başqasını şil-küt eləməyə icazə verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan hökuməti az ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq edib. Nazirlər Kabinetindən yayılan rəsmi qərara görə, sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10 faizdən 33 faizə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər az ağır xəsarətlər hesab ediləcək.

Sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər, 11-12-ci qabırğalar istisna olmaqla bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı, əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaq­ları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla), cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar, baş-beyin silkələnməsi, sağlamlığı qısa müddətə pozan digər zədələnmələr, əmək qabiliyyətinin cüzi (10 faizə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr yüngül xəsarətlər hesab ediləcək.

Bəs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qəsdən başqasına yüngül bədən xəsarəti yetirməyə, yəni hökumətin qərarında deyildiyi kimi kiminsə burunu, qabırğasını, əl və ayaq barmaqlarını sındırmağa, başına zərbə endirib beyin silkələnməsinə səbəb olmağa görə hansı məsuliyyət nəzərdə tutulub?

Virtualaz.org saytı xatırladır ki, CM-in 128-ci maddəsinə əsasən qəsdən sağlamlığa yüngül zərər vurmaq əməlini törədən şəxslər 300 manatadək cərimə, 1 ilədək islah işləri və ya 1 ilədək həbslə cəzalandırılır. Yəni indiki halda istənilən şəxs 300 manat cərimə ödəyib xoşu gəlməyən adamın əl və ayaq barmaqlarını, burnunu və qabırğasını sındıra, ona cərrahi tikişə ehtiyacı olan yara xəsarəti endirə və başına zərbə endirib beyin silkələnməsinə səbəb ola bilər.