

Millətin ona xərclənəcək saniyəsi belə yoxdur
YAP-dan Əli İnsanova sərt reaksiya
Gözəllər içrə sən ey mahi-parə, ... min dənəsən
Biri onun qulağına pıçıldasın ki, ...
Top müxalifətdədir
Deputatdan sabiq nazirə cavab: “Qərbi azərbaycanıların adından danışa bilməz!”
YAP-dan Əli İnsanovun qəzəbli açıqlamasına reaksiya
Əli İnsanov siyasətlə məşğul olacağını anons etdi
Prezidentin əfv sərəncamının icrası davam edir
Keçmiş səhiyyə naziri 14 ildən sonra azadlığa çıxdı
İnsanovun sərt çıxışlarını şərh edən müxalifət funksionerləri düşünür ki, ...
İntiqam Əliyev Avropa Məhkəməsi qərarlarının icrasından danışdı
Apelyasiyanın müraciəti əsasında...
Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə Qaradağ rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, aprelin 26-da baş tutan məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək Əli İnsanova iş istəyib.
Prokuror sabiq nazirin 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
***
Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə sabiq səhiyyə naziri Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
Bu, o deməkdir ki, sabiq səhiyyə naziri hələ uzun illər həbsxanada saxlanacaq.