vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
09:13 | 1 mart 2014 | Şənbə Məqaləyə 1567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mətbuat konfransında kuryoz

Neftçinin baş məşqçisi jurnalistlərə cavab vermək əvəzinə sual yağdırırdı

Emin SƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyükağa Hacıyevin çalışdırdığı «xalq komandası» - «Neftçi» bu dəfə də büdrədi. Flaqmana daha bir zərbə turnir cədvəlinin lideri «Qarabağ»dan gəldi. «Atlılar» əzəli və əbədi rəqibini »ağ-qaraları»ın doğma azarkeşləri önündə darmadağın etdi. Bu qələbədən sonra Qurban Qurbanovun komandası rəqibini 10 xal geridə qoyaraq, Hacıyevin «Neftçi» bu ildə çempion olacaq» arzusunu kölgədə qoydu.

Flaqmanın baş məşqçisi bu dəfə də «Neftçi»nin məğlub olmasının günahını özündə yox, başqalarında axtardı. Peşəkar Futbol Liqasını ağ yuyub, qara sərən Hacıyev, Xəqani Məmmədovun da bostanına «daş atdı». Sözsüz ki, hər kəs Böyükağa müəllimin matçdan sonra bu cür açıqlama verəcəyini gözləyirdi. Onun bu cür danışması heç də təəccüblü deyildi.

Maraqlıdı ki, bakılıların baş məşqçisi heç bir halda öz futbolçusunda günah axtarmır. Hacıyev hələ də «Böyük oyun»da baş verənləri unuda bilmir. Həmin qarşılaşmanı idarə etmiş Rəhim Həsənov sanki, Böyükağa müəllimin qorxulu yuxusuna çevrilib. «Qarabağ»  ilə matçdan sonra o, yenə də Həsənovu unutmadı: «Gedin, dünya futbolu statistikasını araşdırın. Görün hansı oyunda birdən-birə eyni xətdə çıxış edən 4 futbolçuya qırmızı vərəqə göstəriblər» deyən Hacıyev bu dəfə də futbolçularını «süddən çıxmış ağ qaşıq» hesab etdi. Görünür, o, Həsənovun «Neftçi»li futbolçuların karate fəndi işlətməsinə göz yummasını gözləyirmiş.

Halbuki, Hacıyev «Böyük oyun»dan sonra futbolçularını bir araya yığıb, onlarla ciddi söhbət aparmalı idi. Ancaq o, futbolçularına «gözün üstə qaşın var» demədən, hakimlərə etiraz edir. Düzdü, «Neftçi» - «Qarabağ» matçında hakimin də səhvləri az deyildi. Ancaq hakim səhvləri bu yazının mövzusu olmadığından, mətləbdən uzaqlaşmaq niyyətində deyiləm. Azərbaycan derbisindən sonra Hacıyev mətbuat konfransında futbolinfo.az saytının əməkdaşının da suallarına tuş gəldi:

 

- Böyükağa müəllim, qeyd etdiz ki, dünya futbol statistikasında belə bir hadisə baş verməyib ki, birdən-birə eyni xəttə çıxış edən futbolçulara qırmızı vərəqə göstərilsin. Özünüz də gözəl bilirsiz ki, «Böyük oyun»da futbolçularınız heç də əbəs yerə qırmızı vərəqə almadı. Mahir barmaq jesti etdiyi üçün, Kardoso ilə Bertuççi də karate fəndinə görə cəzalandırılmışdı. Nazim Süleymanovun vaxtında da futbolçular intizamsızlıq edərək, komandanı azlıqda qoyurdular. Düşünmürsüz ki, futbolçularınız intizamsızdı və bu cür intizamsızlıq etməklə sizə qarşı təxribat hazırlayırlar?

- Nə məsləhət görürsüz? Qırmızı vərəqə aldığına görə, hökm çıxardaq ki, boynu vurulsun? Biz açıqlamırıq, heç bilirsiz onların nə qədər cərimələri var? Yadınızdan çıxmasın, meydanda vərəqə varsa, deməli mübarizə də var. Rəhim Həsənovun vərəqələrindən yox ha!

 

- Karate fəndlərinə futbol deyirsiz?

- Sənin neçə yaşın var?

 

- 25.

- Haranı təmsil edirsən?

 

- Futbolinfo.az saytını.

- Siz o hadisənin baş vermə səbəbini öyrəndiniz? Kardoso rəqib futbolçuya niyə əl qaldırmışdı?

 

- Ağabala Ramazanov da etdiyi hərəkətə görə cəzalanmışdı...

- Başa düşmədim, mənim 55 yaşım var. Sən mənim qarşımda o jesti etsəydin, sənin başını yarardım. Kardoso təcrübəli futbolçudu. Ağabala isə indi pərvazlanmağa başlayır.

 

Düzü, Hacıyevdən daha fərqli cavab gözləyirdik. O, futbolçularının intizamsızlığını qeyd etmək əvəzinə, yenə yetirmələrini ələ vermədi. 

P.S.: Təsəvvür edin ki, İcra Hakimiyyəti bir obyektin sökülməsi üçün qərar qəbul edir. Həmin tikilinin sökülməsi üçün traktor da göndərir. Burada aciz qalan tikilinin sahibi traktoru, yoxsa İcra Hakimiyyətini günahlandırmalıdır? Böyükağa müəllim bu suala cavab tapsa, bəlkə «Neftçi»ni qaydasına sala bildi.