vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
13:23 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 3496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vaxtdır, Tahir müəllim!»

Süleymanovun gedişi üçün 5 səbəb

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi» xalq komandasıdır. Daha doğrusu xalq komandası idi. İndi bu «Neftçi»ni xalqn gözündən elə salıblar ki, o boyda ordu yalnız 2-3 nəfərin mənafeyinə xidmət edir. (futbolinfo.az)

Bu səbəbdən də bütün futbol ictimaiyyətinin dediyi kimi, «Neftçi»dən getməli olan şəxslər var, həm də təcili. Əvvəlcə bir ardıcıllığa nəzər salaq: futbolçu - məşqçi - baş məşqçi - vitse-prezident - prezident. Futbolçu olaraq Nikolas Kanales öz borcunu yerinə yetirdi və getdi (səbəbi vacib deyil). Məşqçi kimi Tərlan Əhmədov da bu tapşırığı yerinə yetirdi və getdi (və ya göndərildi, fərqi yoxdu). Daha sonra Nazim Süleymanov baş məşqçi kimi «Neftçi»dən kənarlaşdı. Amma futbolçuların, məşqçilərin dəyişməsinə baxmayaraq, komandada vəziyyət düzəlmək bilmir. Güman ki, Böyükağa Hacıyev də getsə, yenə heç nə dəyişməyəcək. 

Bu üzdən də görünür, indi isə sıra vitse-prezidentin, yəni Tahir Süleymanovundu. Əgər Süleymanovun da gedişi «Neftçi»ni bataqlıqdan xilas etməsə, o zaman sıra Sadıq Sadıqova gəlməlidir. Hələlik isə vitse-prezidentin klubdan getməsi üçün səbəblərə nəzər salmaq pis olmazdı. Hazırda vəziyyət elədi ki, bu səbəblər özləri gəlib bizi tapdı.

1. Tahir Süleymanov «şablon» olduğu üçün «Neftçi»dən getməlidir. Hər dəfə mətbuata verdiyi açıqlamalarda «Neftçi» xalqın komandasıdı, biz Avropa Liqasının qrup mərhələsində oynamış bir komandayıq, bizim Tərlanımız, Eminimiz, Mirhüseynimiz var və s.» deməsi demək olar ki, hər kəsdə qıcıq oyadır. Razıyam, «Neftçi» Azərbaycan futbolunda bir ilkə imza atdı və Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. Lakin bu, heç kimə «xalqın komandası»nı ürəyi istəyən kimi idarə etmək hüququ vermir. Məhz bu səbəbdən kluba şablon yox, səmimi bir vitse-prezident lazımdı.

2. Süleymanov «Neftçi»də yalnız vitse-prezident kimi yox, həm də Sadıqovun «bronjileti» kimi fəaliyyət göstərir. Yəni hər uğursuz nəticədən sonra Tahir bəy sinəsini sipər edir və hacıya ünvanlanan tənqidlər Süleymanova tuş gəlir. Keçmiş hakim «Neftçi»dən getməlidi ki, «dədə» uğursuz nəticələrdən sonra tənqidlərlə üzləşsin. Bəlkə bundan sonra hansısa uğura ümid etmək olar.

3. Tahir Süleymanov «Neftçi»nin azarkeşlərini futboldan küsdürdüyü üçün istefa verməlidi. Bir neçə il bundan öncə «ağ-qaralı» azarkeşlər komandalarının oyununda əməlli-başlı hünər göstərirdi və dəstək verirdi. İndi isə lələ köçüb, yurdu qalıb. Bu yaxınlarda mətbuata verdiyi müsahibədə azarkeşlərlə bağlı verilən suala «Mən elə bilirdim ki, siz mənə futboldan sual verəcəksiz» deyən «Neftçi» rəsmisi anlamalıdır ki, futbol azarkeşlər üçün oynanılır. Amma Süleymanov bunu anlamır, ya da anlamaq istəmir. Azarkeşlərə dəyər verməyən Tahir bəy, komandanı azarkeşsiz qoyduğu üçün klubu tərk etməlidir. «Neftçi» fanatları komandasından yox, vitse-prezidentindən küsüb.

4. Klub rəsmisi hər dəfə ağzını açanda komandaya dəstək verdiyini bildirir. Amma qələbə qazananda ictimaiyyətə sevinə-sevinə danışan Süleymanov, nədənsə məğlubiyyətlərdən sonra gizlənir və komandasını qınaq meydanında tək buraxır. Xalq komandasına bu cür dəstək lazım deyil.

5. Sonuncu səbəb isə hakimlərlə bağlıdır. Tahir bəy əksər oyundan sonra hakim idarəçiliyindən narazılığını dilə gətirir. Görünür Xaqani Məmmədov yetirmələrini yaxşı təlimatlandıra bilmir, bacarmır. Axı siz də vaxtilə meydanlarda fit çalmısız, Tahir bəy! Vaxtilə həmkarınız olan Məmmədovun çətin vaxtlarıdı. «Neftçi»dən əl çəkin, gedin keçmiş həmkarınıza dəstək olun. Gənc hakimlərə Kollinanın oyunlarını izlədin, Hakimlər Komitəsinin (HK) sədri ilə əl-ələ verib, gənclərə örnək olun. Şəxsən mən inanıram ki, sizin HK-ya gedişinizdən sonra biz yaşıl meydanlarda hakim səhvinin şahidi olmayacağıq. Ən azı bu barədə bol-bol iddialı açıqlamalar verdiyinizə görə.

Bu səbəbləri artırmaq da olar. Ancaq getmək istəyən, bəhanəsiz gedər. Gözünüzü açın, görün. Görün ki, «Neftçi» hansı vəziyyətdədir. Əgər doğrudan da «Neftçi» xalq komandasıdırsa, o zaman siz özünüzü qurban verib, azarkeşlərin yenidən meydana toplaşması üçün, komandanın gələcək uğurları üçün getməlisiz. Vaxtdır, Süleymanov...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)