vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:57 | 17 aprel 2022 | Bazar Məqaləyə 1979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qəbələ”yə qəsd edirlər

Komanda gələn il çıxış edə bilməsə burda hakimin xüsusi xidməti olacaq

Anar ŞABANOĞLU

Ölkə çempionatında hər tur 4 oyun olur. Və hər dəfə bu 4 qarşılaşmadan ən azı ikisi bərbad hakimliklə yadda qalır.

Bu tur Rauf Cabbarov “Sumqayıt”ın qapısına 100 faizlik penaltini verməməklə “Qəbələ”nin qələbəsini əlindən aldı. Bu təkcə “Qəbələ”nin bir oyunda 2 xal itirməsi deyildi, mənə görə bununla Elmar Baxşıyevin komandası avrokubok şanslarını da itirdi. 

“Qəbələ”nin indiki durumunda avrokubokdan gələcək vəsait kluba çox kömək edəcəkdi. Rauf Cabbarov isə bu səhvi ilə bəlkə də illərin əziyyəti ilə bu yerlərə gəlmiş bir klubun sonunu gətirdi. Mövsümün sonu “Qəbələ” dağılsa bunda Rauf Cabbarovun da xüsusi payı olacaq.

Hakim epizodda qayda pozuntusu olan yerin yanında idi. Və bu penaltini bilərəkdən vermədi. Yəni, görməmək variantı yox idi.

Bu tur nəticəyə təsir edən ikinci səhv isə “Neftçi” - “Sabah” oyununda oldu. Hakim qonaqların təmiz qolunu qeydə almadı. Düzdü, “Neftçi” azarkeşləri deyir ki, orda Bəxtiyar Həsənəlizadə qayda pozuntusuna yol verib. Amma azarkeşliyi kənara qoysaq vallah orda heç bir qayda pozuntusu yoxdur. Ən azı CBC Sportun çəkilişindən belə görünür. Bəlkə PFL kameraları daha dəqiq çəkib, bilmirəm. Amma CBC Sportun çəkilişi ilə görünən bu ki, hakimlər “Qəbələ” kimi “Sabah”ın da əlindən 2 xal aldılar.

Nəhayət, bu səhvlərdən sonra yaranan suallar:

Ştuxliki kim saxlayır? 

Ştuxlik kimi saxlayır? 

Bu əcnəbiyə hər ay onminlərlə pulu niyə yedizdirirlər?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)