

BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
Dövlət katibinin endiyi təyyarənin trapı qarşısına salınan xalı daha çox dəsmala oxşayıb
Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
Baş katib Rutte isə Qrenlandiya-ABŞ məsələsinə qarışmaq istəmir
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
Getsə nüfuzundan olacaq, getməsə canından
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
ABŞ Poçt Xidməti Maskın departamenti ilə əməkdaşlığa başlayıb
ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər
Tramp Putinin atəşkəslə bağlı mövqeyinə münasibət bildirib
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
Cons Hopkins Universiteti Ağ Evin qənaət siyasətinə görə 2000 əməkdaşını ixtisar edəcək
ABŞ-da növbəti qəza, sərnişinlər uçağın qanadında köməksiz qalıb
Martın 6-da Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib. APA-nın məlumatına görə, qətnaməyə 74 deputat səs verib. Parlament Ukrayna xalqının Avropa seçimini və Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyib; Rusiyanın suveren Ukraynaya qarşı zorakılıq aktlarını, beynəlxalq hüquq və ikitərəfli sazişləri pozduğunu pisləyib. Parlament Gürcüstan hökumətini Ukrayna hakimiyyət nümayəndələri ilə məsləhətləşmələri davam etdirməyə və lazım olarsa, Ukrayna xalqına kömək etməyə çağırıb.
Gürcüstan parlamenti hökuməti BMT-nin himayəsi altında planlaşdırılmış, ATƏT, Aİ, Avropa və digər beynəlxalq təşkilatların, sülhməramlı, müşahidə Şurasının və humanitar missiyaların işində fəal iştirak etməyə; eyni zamanda Rusiya Federasiyasını Ukraynadan hərbi hissələrini geri çəkməyə və Ukrayna dövlətçiliyinə zərər verməsinə yönəlmiş bütün hərəkətləri dayandırmağa çağırıb.
Parlamentin qəbul etdiyi sənəddə eyni zamanda beynəlxalq ictimaiyyəti, ilk növbədə AB və ABŞ-ı Ukrayna xalqına dəstək və Ukrayna hakimiyyətini Rusiya təcavüzündən qorumaq və hərbi münaqişəyə qarşı siyasi və iqtisadi tədbirlər görməyə çağırıb.
Qətnamədə bildirilib ki, AB və NATO Ukraynanın Avropaya inteqrasiyasını tezləşdirsin. Sənəddə həmçinin Gürcüstanın da inteqrasiyaya hazır olduğu bildirilib.
Qeyd edək ki, «Ukraynaya dair qətnamə» sənədi parlamentdə azlıq və çoxluq deputatlarının iki gün davam edən məsləhətləşmələrindən sonra qəbul edilib.