vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QALMAQAL  
08:17 | 14 mart 2025 | Cümə Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AP-də korrupsiya bitmir

İyirmiyə yaxın axtarış aparılıb

Yeganə HACIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamentində növbəti dəfə korrupsiya faktlarına görə axtarışlar aparılıb.

Belçika polisi martın 13-də Avropa Parlamentində “kommersiya lobbiçiliyi adı altında” korrupsiya ilə bağlı aparılan araşdırmanın bir hissəsi kimi iyirmiyə yaxın axtarış aparıb.

Səlahiyyətlilər “cinayətkar təşkilat tərəfindən törədildiyi iddia edilən” əməllərə istinad edərək bildiriblər ki, bir neçə şəxs aktiv korrupsiya əməllərində iştirakı ilə bağlı dindirilmək üçün saxlanılıb.

Belçika Federal Prokurorluğunda 2021-ci ildən bəri müxtəlif formalarda korrupsiyanın sistemli şəkildə tətbiq edildiyini bildirir.

Bura siyasi vəzifəli şəxslərə maliyyə mükafatları, xarici səfərlərin “maliyyələşdirilməsi” , “ezamiyyə və yol xərcləri” görüntüsü ilə böyük miqdarda vəsaitlər və bahalı hədiyyələr kimi korrupsiya halları tətbiq edilir.

Prokurorluq rəsmisi bildirib ki, belə hallarda məqsəd siyasi qərarların qəbulunda təsir etmək və sırf şəxsi kommersiya maraqlarının təşviq etmək olub.