İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:11 | 15 mart 2019 | Cümə
Məqaləyə 2452 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Avropa Parlamenti qətnamə qəbul edərək, İranda insan haqlarının kobud şəkildə pozulmasını tənqid edib və Nəsrin Sütudə, eləcə də digər siyasi və ətraf mühit aktivistlərin və jurnalistlərin dərhal, qeyd-şərtsiz azad edilməsini tələb edib.
Avropa Parlamenti martın 14-də bəyan edib ki, İran məhkəmə sistemi dindirilmə proseduru prinsiplərini ayaqları altına ataraq, “cinayətləri” yalnız azadlığı müdafiə etmək olan bu məhbusların ən təməl hüquqlarını əllərindən alır.
Avropa Parlamentindəki “Yaşıllar qrupu”nun üzvü Bodil Valero bu xüsusda bildirib: “Biz çox yaxşı bilirik ki, İran rejimi insan haqları, ifadə və etiqad azadlıqları, sərbəst toplaşma hüququ və ətraf mühitə qarşı ehtiram bəsləmir. İranda bu məsələlər ətrafında fəaliyyət göstərən jurnalistlər və digər bütün şəxslər ağır ittihamlarla uzunmüddətli həbslərə məruz qalırlar. Təkcə 2018-ci il ərzində bu ölkədə 285 nəfər edam edilib. Bundan başqa, qadınlar daha böyük təhlükələr ilə üzbəüzdür.”
Bu qətnamə layihəsini hazırlayan 6 nəfər onun qəbulu zamanı keçirilmiş müzakirələrdə Avropa Parlamentində şahidlik ediblər. Onlar bildiriblər ki, məcburi hicabı açan qadınların videolarını və onların polis tərəfindən təhdid ediləməsini görüblər və bütün bu halların doğruluğunu təsdiqləyirlər. Bu şahidlər həmçinin Nəsrin Sütudəyə qarşı çıxarılmış hökmü pislədiklərini və onu əsassız adlandırdıqlarını parlamentarların diqqətinə çatdırıblar.
Qətnamə layihəsini hazırlayanlar həmçinin qeyd ediblər ki, İranda azadlıq tələb edənlər, eləcə də qadın haqlarını müdafiə edənlər müxtəlif əsassız ittihamlarla həbs edilir və ağır işgəncələrə məruz qalırlar.
Qətnamənin qəbul edilməsindən öncə müxtəlif siyasi cinahlardan olan digər avropalı parlamentarların da fikirləri dinlənilib. Sonda layihəni hazırlayanlar avropalı rəsmilərdən bütün diplomatik imkanlardan istifadə edərək, İran rəsmilərinə qarşı siyasi məhbusların dərhal azad edilməsi, eləcə də insan haqları və ifadə azadlığı prinsiplərinə əməl edilməsi istiqamətində təzyiq göstərsinlər.
Xatırladaq ki, Tehran inqilab məhkəməsinin 28-ci şöbəsinin rəhbəri və hakimi Məhəmməd Moqisə martın 11-də jurnalistlərə açıqlamasında bildirib ki, xanım Sütudə “sistemə qarşı qanunsuz toplantılara qatılmaq və sövdələşmək”, eləcə də İranın “dini lideri Əli Xamneyini təhqir etmək”də günahlandırılaraq, 7 il həbsə məhkum edilib. Bu xəbərin yayılmasından sonra beynəlxalq ictimaiyyət, eləcə də əksər Avropa ölkələri bu qərarı ədalətsiz adlandıraraq, xanım Sütudənin dərhal azad edilməsini tələb ediblər. Hətta ötən gün İranın Norveçdəki səfiri məsələ ilə əlaqəli izahat vermək üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.