
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Kremldən neft qiyməti qərarına etiraz
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
«The Guardian» yazır ki, Avropada gecələr yeyib-içməyi sevənləri kədərləndirəcək xəbər yayılıb. Əgər bu xəbər düzdürsə, indidən belə Avropa şəhərlərində dönərçi və dönər olmayacaq. Avropa Parlamentində fosfatlara qadağan qoyulması dönər kababın da axırı ola bilər, çünki dönərçilər ətin sulu və ətirli qalması üçün ona məhz bu kimyəvi maddəni vururlar.
«The Guardian» yazır ki, Birləşmiş Krallıqda hər gün 20 min dönərxanada təxminən 1 milyon 300 min dönər satılır. Bu, ölkədə o qədər mötəbər bir sahədir ki, Britaniya müxalifətinin lideri Ceremi Korbin (Jeremy Corbyn) ötən il Britaniya Kabab Mükafatı mərasiminin qonağı olub. Bütün Avropa boyunca dönər sənayesində 200 min insan məşğuldur.
Dönərin qat-qat populyar olduğu Almaniyada Avropa Parlamentindən gələn xəbər xüsusi narahatlıq və hiddətlə qarşılanıb.
«Əgər Avropa Parlamenti bu qərarı qəbul etsə, bu, Avropa İttifaqındakı bütün dönər sənayesi üçün ölüm hökmü olacaq», - deyib Almaniya Dönərçilər Assosiasiyasının nümayəndəsi Kenan Koyuncu.
Angela Merkelin Xristian Demokrat Partiyasının üzvü Renat Sommer (Renate Sommer) «Facebook»da yazıb ki, «Avropada fosfatların qadağan edilməsi dönər sənayesinə son qoyacaq və nəticədə minlərlə adam işsiz qalacaq».
2012-ci ildə aparılmış bir elmi araşdırma göstərib ki, fosfatlarla ürək xəstəlikləri arasında əlaqənin olması mümkündür. Bu elmi-tədqiqatın gəldiyi nəticə tam əminlik yaratmır.
Avropa İttifaqında hazırda qüvvədə olan qanunlar onsuz da fosfatların ətə vurulmasını qadağan edir, amma qanun dönərdə istifadə edilən dondurulmuş ət haqqında bir şey demir.
Avropa Parlamentinin səhiyyə komitəsi bu həftə kabab bişirlməsində istifadə edilən qoyun, quzu, dana və toyuq ətinə fosfor turşusunun, fosfatların və polifosfatların qatılmasına icazə verilməsi barədə Avropa Komissiyasının təklifini rədd edib.
İndi Avropa Parlamenti tam heyətdə fosfatların qadağanına dair qanunu iki həftə müddətində müzakirə etməlidir. Əgər qanun layihəsi geri, Avropa Komissiyasına qaytarılsa, onda dönərin taleyi qeyri-müəyyən vəziyyətə düşəcək.
Avropa Parlamenttinin Sosialist və Demokratlar qrupu, habelə Yaşıllar və Azad Avropa Alyansı «şaquli doğranan donmuş ətə» fosfatların vurulmasına icazə verən qanuna veto qoymağa hazırlaşır.
Bu deputatlar «ətin bu sayaq doğranmasına texnoloji lüzumun olmadığını» bildirirlər.
Lakin Berlinin Mitte rayonundakı «24 saat kabab» dükanının sahibi Barış Dönmez «Associated Press» agentliyinə deyib ki, o dönərin populyarlığının qadağaya üstün gələcəyinə inanır.
«Almanlar dönəri sevirlər. Bunu heç kəs onların əlindən ala bilməz», - deyib dönərçi.