
Hava nəqliyyatında inqilab
Uçan taksi ilk dəfə havaya qalxıb
Uçan taksi ilk dəfə havaya qalxıb
İlk sifarişlər pulsuzdur
Razılıq əldə olunmasa, dönər böhranı qaçılmazdır!
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Parlamentin damına çıxan deputat intihara cəhd etdi
Almaniyada işsizlik 3 milyona yüksəldi
Liberland Respublikasının cəmi 63 nəfər vətəndaşı var
Almaniyada böhran davam edir
Klemon şəhərinin meri üsyan edib
Macarıstanda cinsiyyəti dəyişdirməsindən sonra LGBT fəaliyyətləri də qadağan edildi
Avropanın ən bahalı və ən ucuz taksi şəhərlərinin siyahısı açıqlanıb...
.. Avropada isə milyonlarla insan internetdən istifadə etmir
Hökumətə vətəndaşlara çağırış: “3 günlük ehtiyat yığın”
Çaylar “mikroplastik hissəciklərlə” doludur
Almaniyada kilsəyə gedənlərin sayı azalır
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
Türkiyənin dönərin Avropada türk mətbəxinin məhsulu kimi rəsmi qeydiyyata alınması ilə bağlı danışıqları yekunlaşmaq üzrədir. AB bunu qəbul etsə, indiki formada dönər Avropada satılmayacaq.
Ankarada yerləşən Beynəlxalq Dönər Federasiyası Avropa Birliyinə müraciət edərək “Dönər kabab”ın zəmanətli ənənəvi türk yeməyi kimi qeydiyyata alınmasını xahiş edib.
Əgər bu müraciət qəbul olunarsa, Avropada istehsal edilən dönərlərin əksəriyyəti türk standartlarına uyğun olmadığı üçün “dönər” kimi satıla bilməyəcək.
***
Türkiyə tərəfinin tələb etdiyi qaydalar Almaniyada dönər istehsalına ciddi təsir edəcək. Yeni qaydalara əsasən:
• Dönərdə hinduşka ətinin istifadəsi qadağan ediləcək;
• Kəsilən heyvanlar ən azı 16 aylıq olmalıdır;
• Marinadların və ədviyyatların çeşidi məhdud olacaq,
• Bişirmə və kəsmə texnikası da türk üsullarına uyğunlaşdırılacaq.
“Alman Dönər İstehsalçıları Assosiasiyası”nın məlumatına görə, yeni qaydalar qüvvəyə minərsə, Almaniyadakı dönər dükanlarının 80-90 faizi artıq məhsullarını “dönər” kimi sata bilməyəcək.
Almaniya və Türkiyə tərəfləri arasında aparılan danışıqlarda razılıq əldə oluna bilməyib. Hazırda proses Avropa Komissiyası tərəfindən qiymətləndirilir. Komissiya ya ərizəni olduğu kimi qəbul edəcək, dəyişikliklər təklif edəcək və ya tamamilə rədd edəcək.
Qərarın aprelin sonunda elan ediləcəyi gözlənilir. Müraciət qəbul olunarsa, Avropada dönər sektoru yeni dövrə qədəm qoya bilər.