

... Yaxud Makron komandasının balaca separatçılar umun böyük riskləri
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
Əgər Ermənistan hücuma keçərsə, ...
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Azərbaycan prezidenti İlham Əliyev: “Fransa Ermənistanı yeni müharibəyə sürükləyir”
“Müzakirələrdə ideyaları yaxınlaşdırmağa çalışacağıq”
Sülh müqaviləsinin mətni üzərində razılaşma yalnız texniki mərhələdir
Hikmət Hacıyev: “Hərbi cinayətkarlar siyasi məhbus deyil”
“Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək”
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskvada danışıqları bitirdikdən sonra təyyarəsinin Bakıya endiyi xəbəri təsdiqlənərsə, bu o demək olacaq ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində pay sahibi olmaq istəyir.
Dünəndən başlayaq müxtəlif ölkələrin liderləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması xəbərinə münasibət bildirir, bunu alqışlayan bəyanatlar yayımlayırlar. Hazırda Donald Trampın başı Rusiya-Ukrayna müharibəsində atəşkəs razılaşmasının əldə olunmasına qarışsa da, Ağ Ev sahibi Cənubi Qafqazda əldə ediləcək sabitlikdə də rol almaq istəyə bilər. Tramp özü üçün harda müsbət nəticə varsa, orda olmaq istəyir. Azərbaycan və Ermənistan Donald Tramp administrasiyası ilə isti münasibətlər qurmaq istəyirlər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında gələcək razılaşmada Vaşinqtonun hansıda formada iştirakına etiraz etməzlər.
Buna baxmayaraq, gələcək sülh sazişinin imzalanması üçün ən uyğun məkan Türkiyədir. Ermənistan baş naziri Nikol Paşinyan qısa müddətdə Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini gizlətmir. Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Türkiyə də bu ölkə ilə sərhədi açacaq və diplomatik münasibətləri bərpa edəcək. Buna görə də Ankara və ya İstanbulda imzalanacaq sülh sazişi üçlü bir anlaşma mahiyyəti də daşıya bilər.