Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:57 | 14 mart 2025 | Cümə
Məqaləyə 560 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflərin birgə yaydıqları bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib. Görüşdə iştirak edən 3 ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar. Aydındır ki, çağırışın ünvanı Amerika Birləşmiş Ştatlarıdır. Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən ABŞ-dır. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar.
Tərəflər məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Moskva, Tehran və Pekin ABŞ-la mübarizədə səylərini birləşdirməyə qərar veriblər. ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyərkən, qarşısında daha böyük ittifaq görmüş olur. Vaşinqtonun bu ölkələrin hər biri ilə problemləri mövcuddur. Vaşinqton Moskvaya təzyiq edir ki, Ukrayna ilə atəşkəsə razılaşsın, Tehrana təzyiq edir ki, nüvə çalışmalarından və bölgədəki silahlı qrupları dəstəkdən əl çəksin, Pekinə təzyiq edir ki, idxal-ixrac əməliyyatlarını balanslaşdırsın, o cümlədən hərbi gücünü artırmaqla qonşu ölkələrə təhlükə yaratmasın.
Moskva atəşkəsə razılaşmaq istəmir, Tehran nüvə çalışmalarından əl çəkmir, Pekin isə iqtisadi gücünü hərbi gücünü artırmağa yönəldib. Təsadüfi deyil ki, Çinin bölgədə artan gücündən ABŞ və qonşu ölkələrlə yanaşı Böyük Britaniya da narahat olmağa başlayıb. Britaniyanın xarici işlər naziri David Lemmi bildirib ki, London Çinin Cənubi Çin dənizindəki “təhlükəli və sabitliyi pozan” fəaliyyətindən narahatdır. “Biz Çinin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan fəaliyyətlərindən narahatıq” deyən Lemmy “X” platformasındakı paylaşımında bildirib ki, “Böyük Britaniya və dünya iqtisadiyyatı bu ticarət yollarının təhlükəsizliyindən asılıdır”. Bu arada, ABŞ və Yaponiyadan sonra Böyük Britaniya da Filippinlə müdafiə və regional təhlükəsizlik sahəsini əhatə edən çərçivə sazişi imzalayıb.