Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:29 | 13 mart 2025 | Cümə axşamı
Məqaləyə 427 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş martın 14-də Pekində keçiriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib. Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qəribabadi təmsil edəcək.
Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar. Təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər. Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir. Donald Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir. Onun Trampa “yox” deməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Donald Tramp Çin məhsullarına rüsumları artırıb ki, bu ABŞ-Çin münasibətlərində əlavə gərginlik yaradıb. Doğrudur, Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır, ancaq Ağ Ev sahibi çətin ki, rüsum siyasətindən imtina etsin. Trampın üçüncü hədəfi İrandır. Ağ Ev sahibi İranın ali dini lideri Əli Xamaneiyə göndərdiyi məktubda nüvə mövzusuyla bağlı danışıqlara başlamağı təklif edib. Xamaneyi danışıqlar təklifini rədd edib. Bu o deməkdir ki, Vaşinqtonun İrana yönəlik siyasəti sərtləşəcək.
Beləliklə, 3 ölkə – Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər. Bu səbəbdən Moskva, Pekin və Tehran öz aralarında dialoqu və koordinasiyanı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə hesab edir ki, bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət etsələr, Trampın üçlü ittifaqa qarşı mübarizəsinin gücünü azalda biləcəklər. Rusiya, Çin və İranın birgə fəaliyyətlərinin digər məqsədi çoxqütblü dünyanın formalaşmasını sürətləndirməkdir. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin və İrana buna görə lazımdır. ABŞ-la yanaşı Avrasiya qitəsinin bir çox ölkəsi də Rusiya-Çin-İran üçlü ittifaqının formalaşmasından məmnun deyillər.