
“Go oyunu” – Çin tələsi
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
Rejim liderinin Azərbaycana nifrətinin kökündə nə dayanır?
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
Qəzzada atəşkəsin qalıcı olması üçün tək şərt var
Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürüldüyü “MOSSAD” əməliyyatı ilə bağlı yeni detallar
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
“The Wall Street Journal” dərgisinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır. Bu mövzuda müzakirələr başlayıb. Donald Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır.
ABŞ Prezidentinin bu görüşlərdən bir neçə məqsədi var. Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etmək istəyir. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ ilə arasında gedirdi. Bu müddətdə Çin də nüvə arsenalını gücləndirdi. Hazırda nüvə silahlarının sayına görə Çin ABŞ və Rusiyadan geri qalmır. Buna görə də Vaşinqton nüvə arsenalının azaldılması məqsədilə Pekinlə də saziş imzalamaq istəyir. Ancaq bunun mümkün olub-olmayacağı sual altındadır.
Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi – 2025” adlı birgə hərbi dəniz təlimləri Vaşinqtonun diqqətini cəlb edib. Hərbi təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir.
Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər. Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu onun iqtisadiyyatına mənfi təsir etsin. Görünür, Vaşinqton bu yolla İranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamaneyi Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problemlər yaradacaq. Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməklə bu ölkə üzərindən yük daşımalarına mane olmağa çalışacaq. Digər tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biri Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində maraqlı deyil. Həmin dəhliz Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativdir. Bu baxımdan ABŞ-ın Çabahar limanının fəaliyyətini ənəglləməyə çalışması Çinin maraqlarına uyğundur. İran limana yaxın sularda Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməklə Pekinin işini asanlaşdırır. Halbuki, ABŞ və ya İsrail İrana zərbə vurarlarsa, Rusiya və Çin İranın köməyinə gəlməyəcəklər, ancaq bəyanat verəcəklər. Ona görə Rusiya və Çinlə birgə hərbi təlimlərin İrana faydasından çox zərəri var.
“Atlas” Araşdırmalar Mərkəzi