
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ dövlət katibi Marko Rubio anti-Çin siyasətində Ağ Ev sahibi Donald Trampı xeyli üstələyib. Rubio senator olduğu illərdə Çini necə sərt tənqid edirdisə, dövlət katibi vəzifəsində də bu siyasətini davam etdirir. Donald Tramp Pekinin beynəlxalq aləmdə artan gücü ilə mübarizə aparmasına baxmayaraq, Çin lideri Si Cinpin və çinlilər barədə müsbət fikirlər söyləyərkən, Marko Rubio “Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik” kimi ifadələr işlədir. Rubionun sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Çin arasındakı münasibətlər bütün XXI əsr tarixinin ətrafında cərəyan edəcək amil olacaq. Dövlət katibi bəyan edib ki, Vaşinqtonun Pekindən asılı vəziyyətə düşdüyü hadisələrin inkişafı yolverilməzdir.
Marko Rubio Pekini qızdıracaq daha bir addım atıb. O Tibetin mühacirətdə olan “prezidenti” Penpa Tserinqə məktub göndərib. Məktubda ABŞ-ın tibetlilərin insan haqlarını təşviq etmək və qisas almaq qorxusu olmadan öz fundamental azadlıqlarını həyata keçirməkdə, o cümlədən dinc, ləyaqətli həyat sürməkdə kömək etməkdə sarsılmaz öhdəliyini təkrarlayıb. Bu məktub ABŞ-ın Tibet məsələsinə davamlı dəstəyinin nümayişi kimi qiymətləndirilib. Tibet “prezidenti” bildirib ki, Mərkəzi Tibet Administrasiyasının məqsəd və proqramları ABŞ-ın hazırkı hökumətinin məqsədlərinə və ən əsası Tibet xalqının daha böyük ambisiyalarına uyğun olmalıdır. Mərkəzi Tibet Administrasiyasının açıqlamasında USAİD-in yardımının dayandırılmasına baxmayaraq, ABŞ -ın bir çox platformalarda Tibetə dəstəyinin davam edəcəyi vurğulanıb.
Marko Rubio Donald Trampın razılığı olmadan Tibetin “prezidentinə” məktub yaza bilməzdi. Çünki, Ağ Ev sahibi bilməliydi ki, bu məktuba Pekin sərt münasibət bildirəcək. Tibetin mühacir hökumətinin “rəhbərinin” 60 ildə ilk dəfə 2020-ci ildə Vaşinqtona səfərə dəvət olunması da Pekində böyük narazılıq yaratmışdı. 5 il əvvəl Ağ Ev və Dövlət Departamentində görüşlər təşkil edilmişdi. Tibetin mühacir hökuməti Hindistan ərazisində yerləşib. Pekin onları separatçı hesab edir. Görünür, Vaşinqton Tibetin mühacir hökuməti ilə əlaqələri genişləndirmək üzərindən də Pekinə təzyiqi artıracaq.