Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
13:51 | 22 mart 2025 | Şənbə
Məqaləyə 506 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir. Halbuki, Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulayır, hər iki tərəf mövcud razılaşmaları məhz birbaşa danışıqların nəticəsində əldə edib. Buna baxmayaraq, Kreml inadından əl çəkmir və Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır.
Xovayev İkinci Qarabağ müharibəsindən sonra az qala ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib, tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfəsində Bakıda və İrəvanda ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib. Kremli bu cavab qane etmədiyinə görə, təşəbbüslərini davam etdirir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır.
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. İlham Əliyev və Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiq ediblər. Kreml bundan istifadə edərək Moskvada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq.