Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:46 | 12 mart 2025 | Çərşənbə
Məqaləyə 463 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Donald Trampın başı hələ ki, Rusiya-Ukrayna müharibəsinə qarışıb, Vaşinqton birinci mərhələdə atəşkəsə nail olmağa çalışır. Tramp növbəti mərhələdə Yaxın Şərqlə məşğul olacaq. Asiyada da qeyri-sabitlikdir. Çinin bölgədə artan hərbi gücü, hərbi-dəniz və hərbi-hava qüvvələrinin fəallıqları müxtəlif dövlətləri narahat edir. Tramp hansısa mərhələdə bu problemlə də məşğul olmaq məcburiyyətində qalacaq. İyun ayında Trampın Çin lideri Si Cinpinlə görüşü nəzərdə tutulub.
Bu arada, Asiyada Çinlə Filippin arasındakı münasibətlərdə gərginlik artıb. Filippin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Çinin Filippinin müstəqilliyinə hörmət etməsi vacibliyini bildirib. Bəyanatda Filippinin başqa dövlətlərin deyil, özünün milli maraqlarından çıxış etdiyi yazılıb. Bundan başqa bəyanatda Çinin beynəlxalq hüquqa hörmət etməsi vacibliyi vurğulanıb.
Filippin Xarici İşlər Nazirliyi nəyə görə belə bir bəyanata ehtiyac duyub? Məsələ burasındadır ki, Çinin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, Filippinin Cənub-Çin dənizindəki hərəkətləri müstəqil qərarlara söykənmir, xarici qüvvələr tərəfindən idarə olunub. Van Yi xarici qüvvələr dedikdə böyük ehtimalla ABŞ-ı nəzərdə tutub. Çünki, Filippin son illərdə ABŞ-la hərbi əməkdaşlığı gücləndirib. Filippin ABŞ-dan müasir silahlar alacaq.
Filippin ABŞ-la yanaşı Yaponiya ilə də hərbi əməkdaşlığı gücləndirib. Çünki, Çinin dənizlərdə artan hərbi gücü Tokionu da ciddi narahat edir. Filippinlə Yaponiya birgə hərbi təlimlərin sayını artıracaqlarını razılaşdırıblar.