İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:29 | 31 mart 2025 | Bazar ertəsi
Məqaləyə 274 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ Prezidenti Donald Trampın “NBC News” televiziya kanalına müsahibəsində “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq” sözləri beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır. İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər. ABŞ Trampın söylədiyi kimi İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir.
İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir. İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq. Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq. Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə - humanitar böhrana səbəb olacaq. Əsas suallardan biri də budur: İrana qarşı hərbi əməliyyatlar bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına rəvac verəcək, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcək? Bunu indidən söyləmək çətindir. ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri “Həmas” qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki, Qəzza sakinlərinin bir qismi hesab edir ki, “Həmas” il yarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərksilaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eyni ilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı.
Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq.