Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:55 | 28 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya rəsmiləri Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakını arqumentləşdirmək üçün yeni bəhanə tapıblar. Onların sözlərinə görə, ruslar İkinci Dünya müharibəsində şimali koreyalılara dəstək veriblər, buna görə də indi şimali koreyalılar “qardaşlıq borcunu” yerinə yetirirlər.
Həqiqətən İkinci Dünya Müharibəsi illərində şimali koreyalı partizanların bir qismi Sibirdə saxlanılıb və onlara təlimlər keçirilib. Onların arasında Şimali Koreyanın gələcək gənc diktatoru Kim İr Sen də olub. İkinci Dünya müharibəsi bitdikdən və Yaponiya qoşunları Koreyadan çıxdıqdan sonra həmin koreyalılar Koreyanın tamamına nəzarət etmək məqsədilə Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Bir ara Şimali Koreya Cənubun tamamını işğal etməyə yaxın idi. Ancaq BMT-nin qərarıyla ABŞ komandanlığı ittifaq ölkələri ilə birgə Cənubu Koreyanı Kim İr Senin qoşunlarından azad etdi.
Müttəfiq qoşunlar Şimali Koreya ərazisində daxil olduqdan sonra Kim İr Sen SSRİ diktatoru Stalindən kömək istədi. Stalin Şimali Koreyaya görə nüvə dövləti olan ABŞ-la savaşmayacağını Kim İr Senə bildirdi. Bundan sonra Şimali Koreya diktatoru məcbur qalıb Çin diktatoru Mao Tseduna müraciət etdi. Mao Tsedun qoşunlarını Şimali Koreyaya göndərdi və amerikalılar çinlilərlə üz-üzə qaldılar. Hər iki tərəf döyüşlərdə böyük itkilər verdi, nəticədə 37-ci paralel üzrə Koreya ikiyə ayrıldı. Yəni Şimali Koreya uğrunda ruslar deyil çinli hərbçilər savaşıb və həlak olublar. Sovet hərbçiləri (hərbi təyyarələri idarə edənlər xaricində) quru qoşunların tərkibində Koreya savaşında iştirak etməyiblər. Ona görə də “şimali koreyalılar Kurskda savaşmaqla borclarını qaytarırlar” yanaşması bəhanədir. Şimali koreyalılar borclarını qaytarmalı olsaydılar, Çin uğrunda savaşardılar, Rusiyanın işğalçı müharibəsində niyə ölməlidirlər?
Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, döyüşçü potensialı azalıb, ölümə göndərməyə adam axtarır, şimali koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur. Bunun əvəzində isə Rusiya böyük ehtimalla Şimali Koreyaya maliyyə və ərzaq verəcək, yoxsa koreyalılar başqa dövlətin işğalçı müharibəsində niyə iştirak etsinlər ki? Belə çıxır ki, Rusiya gələcək müharibələrdə də fərqli millətləri ölümə göndərəcək.