
İndoneziya iki məhbusun təhvilinə razılaşıb
12 ildir edamını gözləyən Sandiford və ömürlük məhbus Şahabadi İngiltərəyə qaytarılacaq
12 ildir edamını gözləyən Sandiford və ömürlük məhbus Şahabadi İngiltərəyə qaytarılacaq
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Qərb və yəhudi bankirlər, yoxsa ...
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Galleqerin aprelin 20-də Gorusa səfərində iki məqam diqqətçəkicidir. Birinci məqam odur ki, eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekoti də Gorusda olub. Bu o səfirdir ki, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verir. Belə bir təəssürat yaranıb ki, Böyük Britaniya və Fransa səfirləri Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərə səfərlərini razılaşdırıblar. Böyük Britaniya səfirinin sərhədə yaxın əraziyə səfəriylə bağlı ikinci məqam isə Con Galleqerin Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası ilə görüşməsidir. AB-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü hansı zərurətdən yaranıb?
Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə belə bir açıqlama verib: “Avropa Birliyinin monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Sünikdəkilərin dinc şəraitdə yaşamasına və işləməsinə mane olur?
Səfirin Ermənistan-Azərbaycan sərhədini ziyarəti və Avropa Birliyinin müşahidə missiyası ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir. Xarici ölkə diplomatlarının Ermənistan-Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki, Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndinə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub.