
Tramp yeni sanksiyaları hərəkətə gətirir
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Prezident İlham Əliyevin Çinə dövlət səfəri bu gün dünyada baş verən mürəkkəb siyasi münasibətlərin fonunda mühüm mesajlarını daşıyır.
Ölkəmizin Çinlə əlaqələri son 30 ildə sabit olub.
Azərbaycanın “Səma İmperiyası” ilə tarixi bağları qədim “İpək yolu”dan bu yana tarixin səhifələrində öz izini saxlayır.
Bu gün sürətlə dəyişən beynəlxalq münasibətlərdə Çinlə strateji müttəfiqlik Azərbaycana bir çox parametrlər üzrə divident gətirəcək.
Səfər zamanı imzalanmış sənədlər əməkdaşlığın hüdudlarını açıq göstərir: Bu, artıq iki dövlətin sadəcə təmas saxlaması üçün imzaladığı sənədlər deyil, iki müttəfiqin dövrün çağırışlarına birgə cavabıdır.
Çinin Cənubi Qafqazda maraqları daha çox iqtisadidir. Burada logisitka, nəqliyyat qovşaqları və Avropaya yük daşıma prioritetdir.
Təsadüfi deyil ki, 2024-cü ildə Çin və Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında birgə Bəyannamədə bütün bu niyyətlər aydın əks olunub.
Pekin Bakı üçün mühüm əhəmiyyət daşıyan Orta Dəhlizə tam dəstəyini ifadə edib. Bu, Avropada bir sıra dairələrin Ermənistanı logistika mərkəzi kimi önə çıxarmaq cəhdlərini bloklayır.
Bu baxımdan Çinin “Orta Dəhliz” üçün milyardlıq investisiya layihələri regionda yeni “oyun qaydaları”nı tətbiq etməyə can atanlara ciddi zərbə olacaq. Bu, həmçinin Ermənistanla sülh sazişini siyasi qazanclarına çevirmək istəyən Fransa kimi ölkələri siyasi prioritetlərinə yenidən baxmağa vadar edir.
Regionda dünya idarəçilərindən sayılan Çinlə strateji müttəfiqlik Azərbaycan üçün böyük siyasi uğurdur. Pekin sərhədlərin dəyişdirilməsi, separatçılıq, ölkələrin daxili işlərinə qarışmağın sərt şəkildə əleyhinədir.
Burada Çinin “bir qurşaq, bir yol” layihəsi açar məsələdir. Çin Avropaya logistika qovşağının qurulması üçün Cənubi Qafqazın quru yollarına böyük sərmayə qoymağa hazırdır.
Azərbaycanın neft sahəsinə, “yaşıl enerji”, qeyri-neft sektoruna Çin şirkətlərinin pulları axmağa başlayacaq. Hazırkı post müharibə dövründə yeni iqtisadi çağırışlar üçün belə sərmayələr çox lazımlıdır.
Çinlə strateji müttəfiqlik bölgədə marağı olan ətraf dövlətlərin balanslı yanaşmasını təmin edəcək, Bakıya Asiyadan Avropaya uzanan mühüm logistika mərkəzi kimi meydan verəcək.