
Çip ixracına yaşıl işıq
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Çinli iş adamları üçüncü ölkədən istifadə etməklə tariflərdən necə yayınır?
10 ölkədən birgə bəyanat
... Yaxud Vaşinqton, Moskva və Pekinin “pokeri”
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
İdarənin hazırladığı iki videoda ən xırda detallar incə işlənilib
Vaşinqton hərbi bazalarını genişləndirir, Pekin siyasətçilərə yaxınlaşır
Tramp administrasiyası tariflərə təzyiq edir...
17 yaralı var
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
22 nəfər öldü
Artan qeyri-müəyyənlik uzunmüddətli planlar qurmağı çətinləşdirir
Qonşuları ilə ərazi davası aparan Hindistan özü yaratdığı düşmənlə mühasirədədir
İslamabad Pekinə arxayındır
Tibet Buddizminin ruhani lideri, 14-cü Dalay Lama Tenzin Qyatso, onun varisinin Çin hüdudlarından kənarda “azad dünyada” doğulacağını söyləyib. Qyatso nəşr olunan “Səssizlərin səsi” kitabında yazır ki, bütün dünyadakı tibetlilər Dalay Lamanın nəslinin davam etməsini istəyirlər.
89 yaşlı Qyatso daha əvvəl demişdi ki, o, sonuncu Dalay Lama ola bilər.
Amma kitabda Dalay Lama ilk dəfə o qədər aydın şəkildə bildirir ki, onun varisi Çindən kənarda, azad dünyada doğulacaq. O, daha əvvəl demişdi ki, Dalay Lama Tibetdən kənarda, sürgündə yaşadığı Hindistanda reinkarnasiya edə bilər.
“Reuters”in sitat gətirdiyi kitabdan hissədə Qyatso yazıb: “Reinkarnasiyanın məqsədi sələfinin işini davam etdirmək olduğundan, yeni Dalay Lama azad dünyada doğulacaq. Beləliklə, Dalay Lama ümumbəşəri mərhəmətin səsi, Tibet Buddizminin mənəvi lideri və Tibet xalqının istəklərinin təcəssümü olan Tibetin simvolu kimi ənənəvi missiyasında səyahətini davam etdirəcək”.
Dalay Lama da kitabında varislik məsələsi ilə bağlı iyul ayında, 90 yaşı tamam olanda daha ətraflı açıqlama verəcəyini bildirir.
Çin administrasiyası Dalay Lamanın açıqlamalarına reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün verdiyi açıqlamada Qyatsonun “Tibet xalqını təmsil etmək hüququna malik olmadığını” söyləyib.
Mao, Dalay Lamanın varisinin Pekin tərəfindən müəyyən ediləcəyini iddia edib.
Himalay dağlarının şimalında yerləşən və eni 2,5 milyon kilometr olan Tibet yaylası dəniz səviyyəsindən orta hesabla 4380 metr yüksəklikdə olan dünyanın damı kimi tanınır.
Tarixən yarı köçəri Tibet xalqının məskəni olan bölgə 1951-ci ildə imzalanan 17 Maddəli Müqavilə ilə Çinin suverenliyinə keçib. Pekin hökuməti bunu “Tibetin sülh yolu ilə azad edilməsi” adlandırıb.
Qyatso 1950-ci ildən 14-cü Dalay Lama vəzifəsində çalışır. Tibetdə anadan olan Qyatso iki yaşında 13-cü Dalay Lamanın reenkarnasiyası hesab olunurdu.
1959-cu ildə Tibetdə Çin hakimiyyətinə qarşı uğursuz üsyandan sonra 23 yaşında Hindistana qaçan Nobel Sülh Mükafatlı ruhani lider o vaxtdan bəri Sürgündəki Tibet Hökumətinin mərkəzi olan Daramşala bölgəsində yaşayır.
Çin isə bu administrasiyanı tanımır, Dalay Lamanı “separatçı” kimi qələmə verir və 2010-cu ildən bəri onun nümayəndələri ilə əlaqə saxlamır.