
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Şəxsi məlumatların Çinə ötürülməsinə görə...
Hətta müalicə üçün də ...
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Avrozona birinci rübdə 0,4 faiz artıb
Hansı ölkələrdə vəziyyət daha pisdir?
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya yaxın siyasət yürütməyə başlaması ilə Avropada təhlükəsizlik narahatlıqları artır.
“The Wall Street Journal”ın təhlili Avropanın ABŞ-ın dəstəyi olmadan Rusiyaya qarşı özünü müdafiə etmək qabiliyyətini araşdırıb.
Qeyd edilir ki, Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan mühüm hava hücumundan müdafiə və kəşfiyyat paylaşma kanallarını itirə bilər. Digər tərəfdən, Avropa ordularının ümumi gücünün nəhəng hava qüvvələri, donanma və güclü ordudan ibarət olduğu vurğulanır.
Ekspertlər Rusiyanın Avropaya qarşı şərti müharibədə çətinlik çəkə biləcəyi ilə bağlı fikirləri bölüşürlər.
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitik mərkəzinin məlumatına görə, Avropa ölkələrində təxminən 32 700 zirehli maşın, 2 200 özüyeriyən haubitsa və 2 100 döyüş təyyarəsi var.
Rusiyada təxminən 10700 zirehli texnika, 1400 özüyeriyən haubitsa və 1100 döyüş təyyarəsi var.
Bundan əlavə, Avropa ölkələrində ümumilikdə təxminən 5 min tankın olduğu paylaşılır. Rusiya ordusundakı tankların sayının 3 min olduğu bildirilir.
ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Filip Bridlav deyir ki, Avropa orduları Rusiya ilə istənilən problemin öhdəsindən gəlməyə qadirdir.
Digər tərəfdən, təhlil Avropa ordularının pilotsuz təyyarələrlə döyüşlərdə təcrübəsiz olduğuna diqqət çəkir. Rusiyanın pilotsuz uçuş aparatları (PUA) sistemlərində “dünya lideri” olduğu, Avropanın isə Ukrayna müharibəsini öyrənərək pilotsuz təyyarə texnologiyasını inkişaf etdirməyə çalışdığı yazılır.
Avropa ölkələrinin Ukraynaya bağışladıqları hərbi texnika ilə öz arsenallarını zəiflətdiyi də bildirilir. NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentindəki çıxışında “Bizim sənayemiz hələ də çox kiçik və çox yavaşdır”, – demişdi.