Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:40 | 13 mart 2025 | Cümə axşamı
Məqaləyə 373 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ekvador prezidenti Daniel Noboa artan cinayət nisbətlərinə qarşı mübarizədə Amerikanın muzdlu şirkəti “Blackwater” ilə əməkdaşlıq edəcək. Noboa dünən sosial media hesabındakı paylaşımda “Blackwater” qurucusu Erik Prins ilə "strateji tərəfdaşlıq" elan edib: ““Blackwater”ın qurucusu Erik Prinslə görüşümüzdə narkotik və terrorizmlə mübarizə potensialımızı gücləndirmək və sularımızı qanunsuz balıqçılıqdan qorumaq üçün strateji ittifaq yaratdıq”.
Gələn ay keçiriləcək seçkilərdə kreslosunu qorumaq üçün mübarizə aparacaq Noboa razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Noboanın açıqlaması Ekvadorda etirazlara səbəb olub. Ekvador ordusunun istefada olan generalı Luis Altamirano tərəfdaşlığı tənqid edərək, “Onların “beynəlxalq əməkdaşlıq” adı altında muzdlu ordunun xidmətlərindən istifadə etməyə çalışmaları, doğrudan da, təəssüf doğurur”, – deyib.
ABŞ prezidenti Donald Trampın keçmiş təhsil naziri Betsi DeVosun qardaşı olan Prins 1997-ci ildə “Blackwater” şirkətini təsis edib. “Blackwater” 2007-ci ildə şirkətə bağlı əsgərlərin İraq müharibəsi zamanı Bağdadda 17 mülki vətəndaşı öldürməsi ilə gündəmə gəlib.
İnsidentdə iştirak edən döyüşçülərdən dördü həbs cəzasına məhkum edilib, daha sonra isə Tramp tərəfindən əfv edilib. Daha sonra şirkət adını “Academi” olaraq dəyişdirib və 2014-cü ildə başqa bir muzdlu şirkət olan “Triple Canopy” ilə birləşərək “Constellis”i adını daşıyıb.
Prins 2016-cı il seçkiləri zamanı Trampın tanınmış tərəfdarı olub. CNN xəbər verir ki, o, həmçinin Trampın ilk dövründə Ağ Evdə xarici siyasət qərarları üzrə qeyri-rəsmi məsləhətçi olub.
Strateji tərəfdaşlıq Ekvador liderinin ötən il quldur dəstələrinə qarşı başlatdığı genişmiqyaslı əməliyyatın bir hissəsidir. Noboa iddia edir ki, ölkəsinin narkotik kartelləri ilə əlaqəsi olan yerli cinayət təşkilatlarının yaratdığı təhlükəsizlik böhranını həll etmək üçün xarici dəstəyə ehtiyacı var.
Mütəşəkkil cinayətlərin tədqiqi və təhlili mərkəzi olan “InSight Crime”in son hesabatına görə, Ekvador Latın Amerikasında ən yüksək qətl nisbətinə malikdir və hər 100 000 nəfərə 38,8-dir. Ekvadordan sonra Venesuela, Kolumbiya, Honduras və Braziliya gəlir.
Ekvador Daxili İşlər Nazirliyi 2024-cü ilin əvvəlində 1000-dən çox qətlin törədildiyini və bu ilin ölkə tarixində ən şiddətli il olduğunu açıqlayıb.