

Türkiyə Əsəd qüvvələrini vurdu
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
Ərdoğandan Putinə iki təklif ...
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
Ərdoğan hər ikisini təmin etdi
Putin və Ərdoğan ən vacib problem barədə qərar verib
Bakılıların türk əsgərinə müraciəti: «Vətəninə bir qızıl ərmağan apar»
Bakı əhalisinin Türk Ordusuna müraciəti (1918-ci il)
Türkiyə nə etməlidir?
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
1915-ci il, Böyük Britaniya və Fransa İstanbulu tutaraq Osmanlı dövlətini Birinci dünya müharibəsindən çıxarmaq və müttəfiqləri Rusiyaya dəniz yolunu açmaq üçün Dardanel əməliyyatını (Çanaqqala savaşı) keçirirlər. Türklər bütün qüvvələrini toplayıb müqavimət göstərirlər.
İtkilər çox böyükdür. O zaman yaralıların ağrı şokundan ölməməsi üçün istifadə olunan əsas preparat morfindir. O da hamıya çatmır.
Cərrahi əməliyyat üçün nəzərdə tutulan çadırların önündə bir masa qoyulub. Yaralılar həmin masaya uzadılır, doktorlar da onları müayinə edərək yaşamaq şansını nə qədər olduğunu qiymətləndirirlər: bu yaralıya çatışmayan, qızıl qiymətinə olan morfin vurmağa dəyər, ya dəyməz?
Əslində bütün yaralıların ağrıkəsiciyə ehtiyacı vardı. Ən azı, ölüm öncəsi əzablarını azaltmaq üçün. “Sıravi Rayanın xilası” filmində bir epizod var. Ölümcül yaralanmış ABŞ əsgərinə iki, ya üç morfin vurulur. O da aldığı yaradan yox, həzz içində “peredoz”dan ölür.
Amma 1915-ci ildə Osmanlı həkimlərinin o lüksü yoxdur. Onlar çox vaxt xəstənin heç üzünə baxmadan, saniyələr içində yarasına nəzər yetirərək yaşamaq şansının olub-olmaması və buna söykənərək morfin vurulub-vurulmaması barədə hökm verirlər.
Belə həkimlərdən biri də Tarık Nüsrət idi. Bir gün eyni işlə məşğul olarkən, ümidsiz hesab edib morfin vurmaqdan imtina etdiyi əsgərlərdən birindən “baba” sözünü eşitdi. Üzünə baxanda həmin yaralının öz oğlu olduğunu gördü. Bir daha yarasına baxdı, ümidsiz olduğuna bir daha əmin oldu. O, yenə də oğlunun ağrısız ölməsi üçün morfin vura bilərdi. Amma morfin çatışmırdı. Yaşamaq şansı olan başqa əsgərin ona ehtiyacı vardı. Buna görə də vurmadı.
Həmin əsgər təxminən bir saat sonra ağrılar içində canını tapşırdı. Doktor Tarık Nüsrət növbəsini təhvil verəndən sonra oğlunun cəsədinə baş çəkdi və “Bağışla, oğlum, o morfin sənin haqqın deyildi” söylədi.
Bəzən elə tarixi məqamlar olur ki, ölkəni qurtarmaq üçün təkcə siyasətçilər və hərbçilərin deyil, cəmiyyətin bütün təbəqələrinin fədakarlığı lazım olur. Çanaqqalada başlayan və Lozannaya qədər davam edən dövr türklər üçün məhz belə məqam idi. Ölkəni Mustafa Kamal paşa kimi dahilərlə ilə bərabər, həm də Tarık Nüsrət kimi kiçik insanlar qurtardı.