vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
16:16 | 14 mart 2025 | Cümə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

117 yaşılı qadının sirri

“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da doğulan və ötən ilin avqustunda 117 yaşında İspaniyada vəfat edən dünyanın ən yaşlı insanı uzun ömür sürməsini “uğur və yaxşı genlər”lə əlaqələndirib. Görünür, Mariya Branyas Morera bu barədə haqlı idi.

Alimlərin Branyasın ölümündən əvvəl başlatdıqları araşdırma, genlərinin hüceyrələrini bioloji yaşlarından 17 yaş kiçik kimi apardığını ortaya qoydu. Barselona Universitetinin genetika professoru və qocalma üzrə aparıcı ekspertlərdən biri Manel Estellerin rəhbərlik etdiyi araşdırmaya görə, Branyasın bağırsaq mikrobiotası – insan sağlamlığının qorunmasında əsas rol oynayan bağırsaq bakteriyası icması körpəninkinə demək olar ki, eyni idi.

***

Uzun illər Kataloniya bölgəsində yaşayan Branyas haqqında aparılan araşdırmanın nəticələri ilk dəfə martın əvvəlində Kataloniyanın “Ara” qəzetində dərc olunub. Tədqiqat Branyasın həyatının sonuna qədər zehni aydınlığını böyük ölçüdə saxladığını göstərdi.

Uzun ömrü boyu yaşadığı sağlamlıq problemləri əsasən oynaq ağrıları və eşitmə itkisi ilə məhdudlaşır.

Tədqiqat indiyədək “super yüzillik” – 110 yaşdan yuxarı bir insan üzərində aparılan ən əhatəli tədqiqatlardan biridir. Elm adamları bəzi insanların niyə qeyri-adi dərəcədə uzun ömür sürdüyünü izah edə biləcək ipuçları tapmağa çalışıblar.

Branyasın uzun ömür yolunda təkcə genetik irsi deyil, həm də sağlam həyat tərzi seçimləri həlledici olub. Tədqiqatçılar onun gündə üç qatıqdan ibarət Aralıq dənizi pəhrizinə riayət etdiyini, spirtli içki və siqaretdən uzaq durduğunu, gəzməyi sevdiyini və daim ailəsi və sevdiklərinin əhatəsində olduğunu qeyd ediblər. Bütün bunların həm fiziki, həm də ruhi sağlamlığı qorumaqla ömrü uzatdığı qənaətinə gəldilər.

Esteller və komandası ümid edir ki, Branyasın tədqiqi yaşla bağlı xəstəliklər üçün dərmanlar və müalicə üsulları hazırlamaq üçün çalışan alimlərə mühüm məlumat verəcək. Branyasın həyatı göstərir ki, qocalma və xəstəlik həmişə birlikdə getməməlidir, tədqiqatçılar bildiriblər. Onlar genetik tapıntıların “yaşlanma və xəstəliyin qaçılmaz olaraq əlaqəli olduğu” qavrayışını şübhə altına aldığını bildiriblər.

Branyas 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub. Ailəsi İspaniya və Meksika üzərindən ABŞ-a köçüb. Uşaqlıq illərində Texas və Yeni Orleanda yaşadıqdan sonra ailəsi 1915-ci ildə – Birinci Dünya Müharibəsinin ortasında İspaniyaya qayıdıb və Kataloniyada məskunlaşıb.

O, həyatı boyu İspaniya Vətəndaş müharibəsi, İkinci Dünya Müharibəsi, 1918-ci il qrip epidemiyası və COVİD-19 pandemiyası da daxil olmaqla bir çox qlobal hadisələrin şahidi olub.

Branyas 2020-ci ildə “COVİD-19” yoluxduğu zaman dünya manşetlərə çıxdı. O zaman İspaniya pandemiyadan ən çox təsirlənən ölkələr sırasında idi və qoruyucu vaksinlər hələ mövcud deyildi. Bununla belə, Branyas xəstəlikdən heç bir simptom olmadan xilas oldu və tez sağaldı.

2023-cü ilin yanvarında fransız rahibəsi Lücil Randon 118 yaşında vəfat edərək, “Ginnesin Rekordlar Kitabı” tərəfindən tanınan dünyanın ən yaşlı insanı oldu. Ginnesin saytına verdiyi açıqlamada o, uzunömürlülüyünün sirrini belə tərənnüm edib: “Nizam, sülh, ailə və dostlarla yaxşı münasibətlər, təbiətlə təmasda olmaq, emosional tarazlıq, narahatlıq və peşmançılıqdan uzaq olmaq, çoxlu pozitivlik və zəhərli insanlardan uzaq olmaq”.

“Məncə, uzun ömür yaşamaq qismən şans məsələsidir. Bir də uğurlar və yaxşı genlər”, – Branyas bildirmişdi.

İllər əvvəl ərini itirən ana, nənə və ulu nənə olan Branyas həyatının son 20 ilini İspaniyanın şimal-şərqindəki Olot qəsəbəsindəki qocalar evində keçirib və avqustun 19-da dünyasını dəyişib.

Banyasdan sonra dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı İnah Kanabarro Lucas olaraq qeydə alınıb.