
Almaniyada təhsil böhranı
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
Məktəb rəhbərliyi işdən qovuldu
Hollandiyada on minlərlə uşaq yoxsulluq ucbatından təhsildən geri qalır
Yeni qanunlar təhlükəsizlik və azadlıq arasında balansla bağlı müzakirələrə səbəb olur
Berlində ibtidai məktəbdə bibər qazı çaxnaşmaya səbəb oldu
İspaniya 5 faizlik xərcləmə planını rədd edir
Hindistanda doğum nisbəti aşağı düşdükcə təhsil ocaqlarının sayı azalır
7 yaşlı uşaq məktəbə bıçaq gətirdi
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Silahları aşkar etmək üçün məktəblərdə detektor qapıları quraşdırılacaq
Avstriyada tapança icazəsi almaq şəxsiyyət vəsiqəsi əldə etməkdən asandır
Bütün məktəblərdə bir dəqiqəlik sükut elan olunacaq
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
Fransa baş naziri: “Bəzilərinin satışı dərhal qadağan olunacaq”
İspaniya uşaqlarda piylənmə ilə mübarizənin bir hissəsi olaraq məktəb qidalanmasını kökündən dəyişdirir. Bu həftə qüvvəyə minən yeni qaydaya görə, artıq bütün məktəblərdə həftədə ən azı bir dəfə nahar vaxtı tərəvəz, meyvə və balıq təqdim etmək qanuni bir öhdəlikdir.
Kral fərmanı ilə həyata keçirilən bu qərar təkcə sağlam qidalanmaq deyil, həm də sosial bərabərlik məqsədi daşıyır. Yeni qaydalara əsasən, məktəblər həmçinin vegetarian yemək menyuları təklif etməli olacaqlar.
İspaniya Aralıq dənizi mətbəxi ilə tanınsa da, 2019-cu ildə aparılan araşdırmaya görə, 6-9 yaş arası uşaqların 40 faizindən çoxu artıq çəkidən, 17,3 faizində isə piylənmədən əziyyət çəkir.
2023-cü ildə başqa bir milli araşdırma, məktəblərin 37 faizinin həftədə yalnız iki və ya daha az porsiya təzə tərəvəz təqdim etdiyini, bir çoxunun tövsiyə olunan maksimum iki porsiya qızardılmış yeməkdən çox olduğunu göstərdi. O da məlum olub ki, 1200 məktəbdə ümumiyyətlə balıq verilmir.
İstehlakçı və Sosial Məsələlər Naziri Pablo Bustinduy, yeni qanun çərçivəsində təklif edilən meyvə və tərəvəzlərin ən azı 45 faizinin mövsümi olması lazım olduğunu, mümkünsə yerli istehsaldan seçiləcəyini, yüzdə 5-nin isə orqanik sertifikatlı olacağını bildirib.
Məktəb bufetlərində şəkəri 5 faizdən çox olan içkilərin satışı qadağan olub. Kofein, yağ və duz səviyyələrinə də məhdudiyyətlər qoyulub. Hökumət araşdırmalarına görə, məktəb avtomatlarında satılan içkilərin 70 faizi tövsiyə olunan şəkər və kofein limitlərindən artıqdır.
Bundan əlavə, pizza və piroq kimi yeməklər məktəb mətbəxində hazırlanmasa, ayda yalnız bir dəfə təqdim ediləcək. Kartof qızarması yalnız zeytun yağı və ya günəbaxan yağı ilə bişirilə bilər.
2023-cü ildən etibarən İspaniya Avropa Birliyində yüzdə 20,3 nisbətində yetkin piylənmədə altıncı sırada yer alarkən, uşaqlarda bu nisbət yüzdə 15,9 olaraq qeyd edilib. Bu, 2019-cu illə müqayisədə 4 faiz azdır.
Sosial sinif fərqləri də mühüm amildir. İllik gəliri 18 min avrodan aşağı olan ailələrin uşaqlarının 46,7 faizi artıq çəkiyə malik olduğu halda, 30 min avrodan yuxarı gəlir qrupunda bu nisbət yüzdə 29,2-yə enir.
Bustinduy bildirib ki, qanun sayəsində hər bir uşaq ailəsinin iqtisadi vəziyyətindən asılı olmayaraq sağlam və qidalı yeməklərdən istifadə edə biləcək. Yeni tətbiq bütün dövlət və özəl məktəbləri əhatə edir.