
İki nəfər ölüb
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Yanğınlar necə başladı, son vəziyyət necədir?
İspaniya 5 faizlik xərcləmə planını rədd edir
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
İspaniyanın sosialist hökuməti NATO böhranı ilə üz-üzədir
Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib
Hollandiyada vətəndaşlara nağd pul şağırışı
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
İki-üç gün əvvəl bir şairimiz yazmışdı ki, sorğu keçiriblər və məlum olub, 10 milyonluq ölkədə 5-7 min arası aktiv kitab oxucusu var. Bilmirəm, nə dərəcədə real rəqəmdir, amma aşağı-yuxarı inandırıcıdır.
Dünən isə zəif bir filmdə Buzovna adının çəkilməsinə görə qalmaqal yarandı və yaradıcı heyət güzəştə gedib filmi “Youtube”dan sildi.
Bu iki fakt ispan ədəbiyyatı ilə bağlı yaddaşımda bəzi şeyləri oyatdı.
1939-cu ildə İspaniyada vətəndaş müharibəsi general Frankonun rəhbərlik etdiyi millətçilərin qələbəsi ilə başa çatdı. 40-cı illərdən sonra həmin millətçi və mühafizəkarlar yetişən gənc yazıçılar nəslinə “bir dəstə tərbiyəsiz” və “pis uşaqlar” damğası ilə həqarətlə yanaşırdı. Belə “tərbiyəsiz”lərdən biri də Anna Mariya Matute idi.
Anna Mariyanın kiçik bir essesini yazıçı Anarın tərcüməsində oxumuşam. Matute yazır ki, bizim üçün qadağan mövzular var idi.
Məsələn, məktəblərdə öyrədirdilər ki, İspaniyada heç kim intihar eləmir. İspan ailəsində problem yoxdur, arvad ərinə xəyanət eləmir, ər arvadına vəfasız çıxmır, övladlar həmişə ata-anasına qayğı göstərir, tez-tez onlara baş çəkir.
Həmin məktəblərin yetişdirdiyi insanlar isə bu yalanı faş edən gənc yazıçıları təhqir edir, onları gözdən salırdılar.
Anna Mariya yazırdı: “Ən amansız düşmənimiz laqeydlik, etinasızlıq və biganəlik idi. Ümumiyyətlə, ədəbi və hər növ intellektual, zehni fəaliyyətə həqarətlə baxılırdı. Heç kəs ədəbiyyatla maraqlanmaq istəmirdi. Oxuyanlar da ya məzəmmət, ya da rişxənd edirdilər. Bizə hücum edirdilər. Bizim hekayələri oxuyan bəzi adamlar redaksiyalara məktublar yazırdılar: “Belə xoşagəlməz yazıçıları jurnalınızın səhifələrinə buraxmayın. Mən evimə qayıdıb qəhvə içirəm. Ancaq sizin jurnalın səhifələrini vərəqləyəndə başqalarının aclığı, kasıblığı mənim evimə də daxil olur. Mən bütün bu şeyləri bilmək istəmirəm. Mən rahat yaşamaq istəyirəm”.