

Məşhur yazıçının 44 yaşlı klassiki “Netflix” üçün yenidən ekrana çıxacaq
Ulduz aktyor və xanımının ölümü ilə bağlı müəmmalı təfərrüatlar
“Bunu bacaracammı bilmirəm, amma əvvəllər “mən bunu etmək istərdim” deyə düşünürdüm”
Obamanın müşaviri təcavüz işinə qoşuldu
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Meymun” Stiven Kinqin hekayəsi əsasında “doğulub”
Ulduz aktrisa 20 il əvvəl rədd etdiyi rola görə peşmanlıq çəkir
“Bu prosesin hər anında fərqli bir gözəllik və xoşbəxtlik var”
“Film çəkilişi zamanı bir qadını öpdüm, yanlış anlaşıldı”
İndiana Consun əfsanəvi papağı 630 min dollara satılıb
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
“Roma imperiyası haqqında filmdə rep musiqisinin nə işi var?”
Oskarlı ulduz həyatındakı “dönüş nöqtəsi”ni açıqlayıb
Kianu Rivz “Con Uik – 4”-dən danışdı
Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...
«Mən Hillari Börtona qarşı ədəsizlik etmişəm və ...»
Skarlett Yohansson sosial mediadan istifadə etməyən nadir Hollivud ulduzlarından biridir. Və o, “Yura dünyası” (“Jurassic World”) silsiləsindəki yeni filmlə bağlı fikrini dəyişməyi belə düşünmür.
Şəkli moda və qadın jurnalı “InStyle” üçün üz qabığında gedən Yohansson müsahibəsində, filmin studiyası “Universal Pictures”in ondan iyulun 2-də ekranlara çıxacaq “Yura dünyası: Yenidən doğuş” (Jurassic World: Rebirth) filmi üçün “İnstaqram” hesabı açmasını istəyib. Bununla belə, Yohansson bu fikrə həvəsli olmayıb.
“Sosial mediaya girməyim üçün hələ də mənə çox təzyiq var. Elə bu gün “Universal”dan e-mail aldım və “Yuran dünyası: Yenidən doğuşun” buraxılışı ilə eyni vaxta təsadüf etmək üçün “İnstaqram”a girməyi düşünürsünüzmü?” yazmışdılar.
40 yaşlı ulduz daha sonra “Özümə sadiq qalmağın bir yolu varmı”, – sualı verir, və sonra davam edir: “Mən bunu edə bilməyəcəyimi düşünmürəm”.
Buna baxmayaraq, Yohansson sosial medianın biznes baxımından təqdim etdiyi imkanlardan xəbərdar olduğunu etiraf edib. Öz dəriyə qulluq brendi “The Outset”in “İnstaqram” səhifəsində vaxtaşırı göz atdığını qeyd edərək, “Bu fərqli bir şeydir. Əyləncəlidir, gülməli və minimal vaxt sərfidir”, – deyib.
“Mən o cür adam deyiləm”
Amerikalı aktrisa bununla belə, “Çəkdiyim bütün işlər reallığa əsaslanır. Bu, ən vacib elementdir. Sosial medianı həqiqətən sevsəydim, mütləq bu tendensiyaya qoşulardım. Amma mən o cür adam deyiləm. Mən də düşünürəm ki, film çox yaxşı nəticə verəcək”.
Yohansson sosial mediadan uzaq durmağa üstünlük verən yeganə “Hollivud” ulduzu deyil. Daha əvvəl “Happy Sad Confused” podkastında danışan Maya Houk aktyorluq və şöhrət arasındakı xəttin bu günlərdə çox bulanıqlaşdığını da qeyd etmişdi. O, bəzi prodüserlərin aktyorları izləyici sayına görə seçdiyini də bildirmişdi.
“Yura dünyası: Yenidən doğuş” filminin uğuru Yohanssona “Marvel Kinematoqrafiya Kainatı”nda Qara Dul Qadın (“Black Widow”) rolundan sonra daha bir böyük şöhrət nailiyyəti verə bilər.
Yohanssonun canlandırdığı Nataşa Romanoff 2019-cu ildə ekranlara çıxan “Qisasçılar: Oyunun sonu” (“Avengers: Endgame”) filmində vəfat edib və sonra sonuncu dəfə “Qara Dul” adlı solo filmində tamaşaçıların qarşısına çıxıb.
Yohansson “InStyle”a verdiyi müsahibədə “The Walt Disney Company”nin sahibi olduğu “Marvel Kinematoqrafiya Kainatı” (“Marvel Cinematic Universe”) qayıtma ehtimalını qəti şəkildə inkar etdi. Yohansson, “Nataşa öldü. O, həqiqətən də öldü. Fanatlar bunu qəbul etmək istəmirlər”, – deyib.
“Hələ də deyirlər ki, o, qayıda bilər. Bax, məncə kainatın tarazlığı tamamilə onun əlindədir. Biz onu buraxmalıyıq. O, dünyanı xilas etdi. Qoy onun qəhrəmanlıq anları olsun”, – deyib.
Maherşala Əli və Conatan Beyli ifa edir
“Yura dünyası: Yenidən doğuş” filmində Yohansson Oskar mükafatçısı Maherşala Əli və Emmi mükafatına namizəd Conatan Beyli ilə birlikdə rol alır.
Filmin rejissoru “Canavarlar” və “Qodzilla” filmləri ilə tanınan Qaret Edvards, ssenari müəllifi isə Maykl Krayton və Devid Koeppdir.
31 illik məşhur silsilənin 7-ci filmi olacaq bu istehsal üçün paylaşılan rəsmi konspekt belədir: “Yura dünyası: Hakimiyyət” (“Jurassic World: Dominion”) filmindən 5 il sonra qurulan ekspedisiya qrupu tibb sahəsində əsaslı irəliləyiş üçün üç nəhəng tarixdən əvvəlki canlının DNT-sini çıxarmaq üçün ucqar ekvator bölgələrinə cəsarətli səyahətə çıxır.