
Məyusluq və narazılığın nümayişi
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
Çinlə imzalanan strateji sənədlərdən sonra texnologiya nəhənglərinin işləri güclənə bilər
Çin Azərbaycana inandığını bildirmək istədi
Logisitka, nəqliyyat qovşaqları və Avropaya yük daşıma prioritetdir
Xarici siyasəti strateji tərəfdaşa yox, milli maraqlara xidmət edir
... və soyuqqanlı uzaqgörənlik
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Azərbaycan ilə Çinin hərtərəfli strateji tərəfdaşlığı nə vəd edir?
... Yaxud Azərbaycanın kosmos strategiyasında Çin və İsrail xətti
Azərbaycan-Çin münasibətlərində yeni mərhələ
Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması bəyanatı imzalandı
Fürsətdən maksimum yararlanmalıyıq
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Azərbaycan davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə isti yanaşmır
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın yeni silahlar əldə etdiyini bəyan edərək, “Bu onu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Onda onları yenidən müharibəyə kim sürükləyir? Fransa və Fransa prezidenti”, – deyib.
İ.Əliyev Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumunun açılışındakı çıxışında ölkəsinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransına (COP29) ev sahibliyi etməsinə qarşı bəzi Qərb ölkələrinin başlatdığı qarayaxma kampaniyalarından danışıb.
ABŞ Dövlət Departamentinin göstərişi ilə “The Washington Post”, “The New York Times”, “Politico”, “Newsweek”, “The Associated Press” kimi saxta xəbər mənbələrinin Azərbaycan əleyhinə yazılar dərc etdiyini qiymətləndirən İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun göstərişi ilə “Le Monde”, “Fiqaro” kimi mətbuat qurumlarının da Azərbaycan əleyhinə nəşrlər hazırladığını qeyd edib.
Azərbaycan Prezidenti Əliyev ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının səbəbini belə izah edərkən, “Çünki bizim suverenliyimizi, ərazi bütövlüyümüzü təmin etmək siyasətimizi dəyişə bilmədilər. Çünki qəbul etmək istəmirdilər ki, Qafqazda öz maraqlarını müdafiə edən, böyük rəislərə həmişə “hə, cənab” deməyən bir ölkə var”, – deyib.
Ermənistanın işğalı nəticəsində Azərbaycan xalqının çəkdiyi çətinlikləri unutmadıqlarını və unutmayacaqlarını vurğulayan Əliyev, “Ermənistana inamımız sıfırdır. Ona görə də onların dediklərinə inanmırıq. Onların dedikləri bizim üçün əhəmiyyət kəsb etmir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Biz onların konstitusiyalarında Azərbaycana qarşı ərazi iddiası olmamasını istəyirik. ATƏT-in Minsk Qrupu buraxılmalıdır”, – deyib.
Ermənistanın yeni silahlar əldə etməsinə diqqət çəkən Əliyev, “Bu vəziyyət göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Deməli, onları yenidən müharibəyə sürükləyən kimdir? Fransa və Fransa prezidenti. Bu gün Ermənistana başqa yerdə lazım ola biləcək Sezar haubitsaları göndərilir. Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”, – deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun açılışında Əliyev, Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova və Bosniya və Herseqovina Prezident Şurasının sədri, Serbiyalı üzvü Zelka Çviyanoviç iştirak ediblər.
Forumda Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) və AK Partiya Antalyadakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak edib.
“Dünya düzənini yenidən düşünmək: çağırışları imkanlara çevirmək” adlı foruma keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri də daxil olmaqla 50-dən çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb.