vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
23:59 | 28 mart 2025 | Cümə Məqaləyə 123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukrayna tək deyil”

Ağ Evdə baş verən skandala dünyadan reaksiyalar

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İki lider arasında qışqır-bağırla müşahidə olunan görüşdən sonra Donald Tramp Vladimir Zelenskini Ağ Evdən qovub. Bu, diplomatiyada fəlakət kimi dəyərləndirilir...


Nyu-Yorkdan senator seçilmiş (Senatda demokratların lideri) Çarlz Ellis Schumer:

“Tramp və Vens Putinin murdar işini həyata keçirir. Senatdakı Demokratlar azadlıq və demokratiya uğrunda mübarizəni heç vaxt dayandırmayacaqlar...”.

 

Polşanın Baş naziri Donald Tusk:

“Əzizi Zelenski, əziz ukraynalı dostlar, siz yalnız deyilsiz”.

 

İspaniyanın baş naziri Pedro Sanchez:

“Ukrayna, İspaniya sizin yanınızdadır”.

 

Almaniyanın xarici işlər naziri Annalena Birbok:

“Ukrayna tək deyil və avropalılar onun yanındadırlar.

Ukrayna Almaniya və Avropanın sarsılmaz dəstəyindən faydalana bilər!”.

 

Demokrat senator Sintia Cinne Şahin:

“Aydındır ki, Vladimir Putin Donald Trampı manipulyasiya edir və bu, Trampın necə zəif mövqedə olduğunu göstərir. Tramp manipulyasiya olunduğunu başa düşmür.

Vladimir Putin qatil diktatordur. O, yalnız bir şeyi başa düşən quldurdur, o, güclə hesablaşır. Və nə vaxt Putin Donald Trampdan üstün ola biləcəyini hiss etsə, o, həmən hərəkətə keçəcək”.

 

Ukrayna prezidenti Zelenskinin aparat rəhbəri Andrey Yermak:

“Təhlükəsizlik sadəcə bir söz deyil, həyatdır. Bu sirenasız, itkisiz, sevdiklərimiz üçün qorxusuz bir gələcəkdir.

Həqiqi zəmanətlər olmasa, müharibə qayıdacaq.

Prezident ölkəmiz üçün, ədalətli və davamlı sülhü müdafiə edən hər kəs üçün mübarizə aparır. Qəhrəman xalqımızın mənafeyini müdafiə edən liderin yanındadır - hər vəziyyətdə.

Bizimlə birlikdə olanlara, Ukraynanın xəritədə sadəcə bir nöqtə olmadığını, şər qüvvələri saxlayan Minas Tirit olduğunu başa düşənlərə minnətdarıq.

Amerika xalqına dərin təşəkkürümüzü bildiririk - sizin dəstəyiniz bizi bu müharibənin sadəcə bir xatirə olduğu günə yaxınlaşdırır”.

 

Keçmiş AB Xarici Siyasət rəhbəri Cozef Borrell:

“Tramp və Vens biabırçı şou nümayiş etdiriblər. Mən bu davranışdan utanıram. ABŞ daha yaxşı bir şeyə layiqdir. Azad dünya Ukraynanı dəstəkləməlidir”.

 

Rusiya XİN-in sözçüsü Zaxarova:

“Tramp və Vens özünü necə saxlayıb, Zelenskini vurmayıb, təmkinlik möcüzəsidir”.

 

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton:

“Tramp və Vens Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfində olduqlarını bəyan ediblər.

Bu, Amerikanın milli təhlükəsizliyi üçün fəlakətli səhvdir”.

 

ABŞ-ın Respublikaçı Nümayəndəsi Keyt Self:

“Gördüklərimiz məni çox sevindirdi.

Düşünürəm ki, bizim avropalı müttəfiqlərimiz bu gün baş verənləri nəzərə almalıdırlar”.

 

ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham:

“Mən darmadağın oldum.

Zelenski ya dəyişməli, ya da vəzifəsini tərk etməlidir.

Zelenski baş verənlərə görə üzr istəməlidir.

Prezident Tramp Amerikanın müdafiəsinə necə qalxacağına dair master-klass göstərib.

Düşünürəm ki, Moskva həmişəkindən daha çox qorxur.

Zelenski ilə yenidən iş görə biləcəyimizi düşünmürəm”.

 

Ukraynanın xarici işlər naziri:

“Zelenskinin doğru olanı müdafiə etmək üçün cəsarəti və gücü var”.

 

İsveç baş naziri:

“Biz təkcə öz azadlığı üçün deyil, bütün Avropa üçün mübarizə aparan Ukraynanın yanındayıq”.

 

Fransanın xarici işlər naziri Barrot:

“Putinin Rusiyası təcavüzkardır. Avropa üçün bir zərurət var: Söz vaxtı bitdi, indi hərəkət vaxtıdır”.

 

Norveçin baş naziri Yonas Qar Styore:

“Biz ədalətli və davamlı sülh uğrunda onların ədalətli mübarizəsində Ukraynanın yanındayıq”.

 

Litva Prezidenti Gitanas Nauseda:

“Ukrayna,siz heç vaxt tək olmayacaqsınız”.

 

Avropa Komissiyasının sədri Ursula von der Leyen:

“Sizin ləyaqətiniz Ukrayna xalqının şücaətini təqdir edir. Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident”.

 

Almaniyanın gələcək federal kansleri Merz:

“Hörmətli Vladimir, biz yaxşı və sınaq anlarında Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”.


Almaniyada seçkilərdə qalib gəlmiş partiya sədrinin müavini:

“Avropa Ukraynanı tək qoymayacaq”.


Almaniya federal kansleri Şolz:

“Heç kim sülhü Ukrayna vətəndaşlarından çox istəmir! Buna görə də biz davamlı və ədalətli sülhə aparan yol tapmaq üçün birlikdə çalışırıq. Ukrayna həm Almaniyaya, həm də Avropaya arxalana bilər”.

 

Hollandiyanın Baş naziri Dik Şuf:

“Hollandiya Ukraynanı həmişə olduğu kimi möhkəm dəstəkləyir. İndi həmişəkindən daha çox. Biz davamlı sülh və Rusiyanın başlatdığı işğalçılıq müharibəsinə son qoyulmasını istəyirik. Ukrayna və onun xalqı və Avropa üçün”.

 

Hollandiyanın xarici işlər naziri Veldkamp:

“Nəyin bahasına olursa olsun, Ukraynaya tam dəstəyi təsdiq edirəm”.


Çexiya Prezidenti Pavel:

“Biz həmişəkindən daha çox Ukraynanın yanındayıq. Avropanın səylərini gücləndirməsi vaxtıdır”.

 

Portuqaliyanın Baş naziri Antoniu Koşta:

“Ukrayna dəstək üçün bizə arxalana bilər”.


Kanada Xarici İşlər Naziri:

“Biz təhlükəsizlik böhranı yaşayırıq. Kanada Avropaya və Böyük Britaniyaya daha yaxın olmalıdır”.

 

Almaniya seçkilərində qalib gələn Xristian Demokrat partiyasının müavini İohan David Vadeful:

“Ağ Evdən görüntülər insanı şoka salır. İşğal olunmuş bir ölkənin prezidentinə necə belə xəyanət etmək olar?! Azad Avropa Ukraynanı tərk etməyəcək!”

 

Polşanın Baş naziri Donald Tusk:

“Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz.

 

Makron:

“Bir təcavüzkar var - Rusiya və hücuma məruz qalan xalq - Ukrayna!

Ukraynaya kömək edəndə və üç il əvvəl Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən düzgün iş gördü və etməkdə davam edir.

Biz kömək edən hər kəsə təşəkkür etməliyik və əvvəldən döyüşənlərə hörmət etməliyik”.

 

ABŞ senatoru Adam Şiff:

“Bu gün Oval Ofisdə bir qəhrəman və bir qorxaq görüşür.

Görüş başa çatdıqdan sonra isə qəhrəman Ukraynaya vətənə qayıdacaq”.

 

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem:

“Biz siyasi oyunlara və ABŞ-a qarşı hörmətsizliyə dözməyəcəyik”.

 

Senatdan demokrat Çak Şumer:

“Tramp və Vens Putinin çirkin işini görürlər”.

 

Tramp-Zelenski toqquşmasından sonra Ukraynanın baş naziri:

“Zelenski haqlıdır, zəmanətsiz sülh mümkün deyil”.

 

Prezident və Amerika rəsmiləri Zelenskinin ritorikası və davranışına görə hörmətsizlik hiss ediblər. Söhbət əsnasında "çiyinlərini çəkib gözlərini zillədiyini" deyirlər” – “Fox News”

“Bu, Oval kabinetdə əvvəllər heç olmamış hadisə idi”, – “The New York Times”

“ABŞ Dövlət Departamenti Ukraynanın elektrik şəbəkəsinin bərpasına dəstəyi dayandırır”, – “NBC News”