
“Əlaqələrimiz indi daha yaxşıdır”
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
Belarusda 52 məhkum əfv edildi
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Trampdan Putinə “Soyuq müharibə” göndərməsi
Makron Putinin səmimiyyətinə inanmır
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Zelenski sənədi imzaladı
Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla görüşüb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
Lukaşenko Zelenskini təhqir edib
Tramp-Zelenski görüşü zamanı gizli şəkildə Oval kabinetə daxil olan rusiyalı müxbir ABŞ mətbuatında geniş əks-səda doğurub.
Kremlin dəstəklədiyi TASS agentliyinin Vaşinqton bürosunun rəhbəri Dmitri Kirsanov kimi tanınan müxbir Ağ Evdə yüksək təhlükəsizlik şəraitində keçirilən toplantıya sızdıqdan sonra Məxfi xidmət tərəfindən qovulub.
***
Məlum olub ki, Kirsanov əvvəllər təsdiq olunmuş mətbuat siyahısında olmamasına baxmayaraq, CNN, “Bloomberg”, “The New York Times” və “Reuters” kimi aparıcı media orqanlarının müxbirləri ilə birlikdə binaya daxil olub. Ağ Ev rəsmiləri rusiyalı jurnalistin obyektə necə soxula bildiyi barədə hələlik dəqiq açıqlama verməyib.
***
Məlumata görə, Kirsanov Trampın çıxışından sonra görünüb və Məxfi xidmət agenti tərəfindən otaqdan çıxarılıb. Lakin rusiyalı müxbir bu müddət ərzində Oval kabinetdəki görüşün fotolarını çəkə bilib.
***
Bu hadisə Ağ Evin mətbuat katibi Karolin Leavitt mətbuat brifinqlərinə giriş prosesində dəyişiklik etdikdən qısa müddət sonra baş verib. Tramp administrasiyası hansı jurnalistlərin prezidenti daha yaxından işıqlandıracağını birbaşa müəyyənləşdirməyə başlamışdı.
***
Ağ Evdəki bu təhlükəsizlik qalmaqalı Oval kabinetdəki Tramp-Zelenski böhranına kəşfiyyat müharibəsi ölçüsü əlavə edib. Rusiya mətbuat orqanı TASS hadisə ilə bağlı hələlik şərh verməyib.
Kirsanovun bu davranışı jurnalistdən çox Rusiya Federal Təhlükəsizlik Xidməti xəfiyyəsinin peşəkarlığını davranışına bənzəyib.