vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
01:44 | 14 mart 2025 | Cümə Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçən ay başlayan böhran alovlandı

İtaliya ilə Rusiya arasında diplomatik gərginlik davam edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarovanın İtaliya prezidenti Mattarellanın ünvanına söylədiyi fikirlərə görə, Rusiyanın Romadakı səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani Rusiya rəsmilərinin İtaliya prezidenti Sercio Mattarellaya ünvanladığı şərhləri pislədiyini və Rusiyanın Romadakı səfirinin nazirliyə çağırılması əmrini verdiyini açıqlayıb.

Prezident Mattarellanın Ukraynaya təcavüzünə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etməsi və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ona sərt cavab verməsi ilə keçən ay Roma və Moskva arasında başlayan diplomatik böhranın sona çatdığı düşünülsə də, bu gün yenidən alovlanıb.

Mətbuat katibi Zaxarovanın prezident Mattarellanın "Rusiya nüvə silahından istifadə etməklə hədələyir" deməsinə cavab olaraq "Bu yalandır. Bu doğru deyil. Bunun üçün cavab verilməlidir" açıqlaması İtaliyada etirazlara səbəb olub.

Baş nazirin müavini və xarici işlər naziri Tacani “X” platformasında etdiyi paylaşımda, "Prezident Sergio Mattarellaya qarşı edilən şifahi hücumu bir daha şiddətlə qınayıram. O, sülh adamıdır, ölkənin və Avropa Birliyinin simvoludur. Bu səbəbdən Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını tapşırmışam. Prezidentə ən səmimi dəstəyimi bildirirəm”, – deyib.

Hökumətin kiçik ortağı olan və zaman-zaman Rusiyayönümlü mövqeyi ilə tənqid edilən ifrat sağçı Liqa Partiyası bu son böhranla bağlı açıqlama verərək, "Liqa həmişə milli suverenliyin qorunmasının tərəfdarıdır. Prezidentlə həmrəy olmaq və tonu aşağı salmaq lazımdır. Hər kəs nəhayət sülhə nail olmaq üçün çalışmalıdır”, –  deyib.

Senatın sədri İqnazio La Russa da Rusiya rəsmisinin prezident Mattarellaya qarşı şərhlərinin “qəbuledilməz” olduğunu bildirib.

***

Prezident Mattarella fevralın 5-də Marsel Universitetində fəxri doktor adını aldığı mərasimdəki çıxışında Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyasına bənzətmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 14-də paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Mattarellanın açıqlamalarını tənqid edərək, bunları “müqəddəs dəyərlərə qarşı aqressiv münasibət” kimi qiymətləndirmişdi. Zaxarova bildirmişdi ki, İtaliya İkinci Dünya Müharibəsi zamanı Rusiyaya hücum edib.

İtaliyada iqtidar və müxalifət partiyaları Zaxarovanın sözlərinə reaksiya verib.