Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
09:44 | 30 mart 2025 | Bazar
Məqaləyə 247 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
ABŞ və Avarop Birliyi (AB) arasında münasibətlərin kövrəkləşdiyi bir vaxtda İtaliyanın baş naziri Corca Meloni Tramp administrasiyası dövründə Avropa və Vaşinqton arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu açıqlayıb. Meloni “The Financial Times”a verdiyi müsahibədə münasibətlərin bərpasının hər kəsin xeyrinə olduğunu deyib və böhranı fürsətə çevirməyə çağırıb. Ancaq Avropanın təhlükəsizlik arxitekturası, Ukraynaya veriləcək zəmanətlər, ABŞ-ın Rusiyaya qarşı siyasətindəki qeyri-müəyyənliklər bu rola ciddi maneələr yaradır.
İtaliyanın baş naziri bildirib ki, Avropa ilə ABŞ arasında əlaqələrin zəiflədiyi bir vaxtda o, iki tərəf arasında körpülər qurmağa hazırdır.
ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olan Meloni “The Financial Times”a verdiyi müsahibədə “münasibətlərin düzəldilməsi hamının marağındadır”, – deyib.
Meloninin açıqlamaları İkinci Dünya müharibəsindən sonra Avropa ilə ABŞ arasında münasibətlərin ən gərgin dövrlərindən birinə təsadüf edir.
Vaşinqtonun AB məhsullarına ticarət məhdudiyyətləri qoyması və ABŞ Müdafiə Nazirinin Avropa müttəfiqlərini “azad atlılar” kimi ittiham etməsi gərginliyi daha da artırıb.
Avropa ölkələri özlərinin Amerikanın müdafiə sənayesindən asılılığını şübhə altına aldıqca, Meloni daha optimist bir tona keçib: "Böhran həmişə bir fürsət yaradır”.
Meloni Fransadan və İngiltərənin müharibədən sonra Ukraynaya “zəmanət qüvvəsi” göndərmək təklifindən uzaqlaşaraq, Moskvanın bunu təhlükə kimi görə biləcəyini deyib.
“Biz bu barədə diqqətli olmalıyıq”, – dedi. Əvvəllər bu məsələdə Parislə toqquşan Meloni mövqeyi Ukrayna məsələsində vahid mövqe tutmağa çalışan Avropada daha bir böyük ixtilaf yaradıb.
***
Xarici siyasət şərhçiləri bu yanaşmanı İtaliyanın NATO-nun zəiflədiyini etiraf etməmək üçün hiyləsi kimi qiymətləndirirlər.
“Foreign Affairs” bunu Meloninin sağ mərkəzdən uzaqlaşaraq ifrat sağçı köklərinə qayıtması kimi təsvir edir.
Meloninin “Trampı başa düşə bilən yeganə Avropa lideri” imicinə Trampın transatlantik tarazlığı destabilləşdirməsi etiraz edib. Almaniya və Fransa Avropa Birliyində yeni liderliyini öz üzərinə götürməyə çalışır.
“Meloninin hazırda Trampla vasitəçilik etmək səlahiyyəti yoxdur”, – italiyalı siyasi ekspert deyib. Trampın Rusiya ilə yaxınlaşma siqnallarında açıq şəkildə Ukraynaya dəstək verən Meloni diplomatik tarazlıq axtarmağa çalışır.
“The Telegraph” yazır ki, Meloni Moskvaya yaxınlaşan Ağ Evlə münasibətləri qorumağa, eyni zamanda Avropa Birliyi daxilində əsas fiqur olaraq qalmağa çalışır. “The Economist” iddia etdi ki, Tramp Meloni üçün “ciddi başağrısı ola bilər”.