Roma Bakının Avropaya açılan qapısı olacaq
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
16:02 | 28 mart 2025 | Cümə
Məqaləyə 381 dəfə baxılıb
Şriftin ölçüsü
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Yanvar ayında bir qrup italiyalı fəal və jurnalistin telefonlarının casus proqramla hədəf alındığı barədə “WhatsApp” xəbərdarlığı almasından sonra hökumət təzyiq altında idi.
İtaliyada hökumətin mürəkkəb casus proqramlardan istifadə edərək humanitar yardım təşkilatının üzvlərini izlədiyi aşkarlanıb. Parlament üzvlərinin sözlərinə görə, fəallar milli təhlükəsizliyə təhdid kimi göründüyü üçün həbs ediliblər.
İtaliya xüsusi xidmət orqanlarının müşahidə fəaliyyətlərində qanuni hədləri keçib-keçmədiyini araşdıran Parlamentin Milli Təhlükəsizlik Komitəsi (Copasir) yaxın vaxtlarda hesabatını dərc etməyə hazırlaşır.
“Copasir” tərəfindən aparılan araşdırmada, İsrail mərkəzli “Paragon Solutions” tərəfindən hazırlanan və hərbi səviyyədə casusluq üçün istifadə edilən “Graphite” proqramının aktivləşdirildiyi müəyyən edilib.
Yanvar ayında bir qrup italyan fəalı və bir jurnalistin telefonlarının casus proqramlar tərəfindən hədəf alındığı barədə “WhatsApp” xəbərdarlığı almasından sonra hökumət ictimai təzyiq altında idi.
Səlahiyyətlilər əvvəlcə iddiaları rədd etsələr də, kəşfiyyata cavabdeh olan nazirlik rəsmisi Alfredo Mantovano kəşfiyyat bölmələrinin “Mediterranea Saving Humans” humanitar yardım təşkilatının qurucuları Luka Kazarini və Cüzeppe Kaççianı izlədiyini etiraf etdi.
Mantovanonun parlamentin qapalı iclasında verdiyi açıqlamalara görə, müşahidə fəaliyyəti hökumət və Roma Apellyasiya Məhkəməsinin baş prokuroru tərəfindən təsdiqlənib. Rəsmi iddia etdi ki, casus proqram yalnız qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün “profilaktik təhqiqatın” bir hissəsi kimi istifadə olunub. Bununla belə, o, İtaliyanın “Fanpage” xəbər saytının baş redaktoru Françesko Kançellatonun hədəfə alındığını təkzib edib.
İlk dəfə “La Repubblica” qəzetinin yaydığı iddialar hökumət tərəfindən təkzib edilməyib. Digər tərəfdən, bu qalmaqalın ortaya çıxmasından sonra “Paragon Solutions”un İtaliya ilə əlaqələrini dayandırdığı bildirilir. Şirkət casus proqramlarından yalnız cinayətkarlara qarşı istifadə edilməlidir deyib.
“Mediterranea Saving Humans Mantovano”nun açıqlamalarını jurnalistlər vasitəsilə öyrəndiyini və casus proqramların istifadəsini sərt tənqid etdiyini bildirib. “Bu gizli əməliyyat diktatura rejiminə yaraşırdı və bütün dünya tərəfindən ifşa olundu”, – təşkilatın bəyanatında deyilir.
Casus proqram qalmaqalı təkcə parlamentlə məhdudlaşmırdı. Roma, Palermo, Neapol, Bolonya və Venesiya prokurorluqları casus proqram qurbanlarının şikayətləri əsasında araşdırmalara başlayıb. Şikayətçilər arasında keşiş Mattia Ferrari və humanitar fəal David Yambio da var. Hər iki şəxs “Mediterranea Saving Humans” ilə işləyirdi.
İtaliyadakı casus proqram qalmaqalı hökumətin mətbuat və vətəndaş cəmiyyəti üzərində nəzarəti gücləndirib-gücləndirməyəcəyi ilə bağlı yeni müzakirələrə səbəb olur. “Copasir” tərəfindən açıqlanacaq hesabat hökumətin bu müşahidə əməliyyatını və mümkün qanun pozuntularını necə əsaslandırdığını ortaya çıxara bilər.