vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
21:45 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amadea”nın dəyəri 300 milyondur

Amerikalılar nəhayət Kərimovun yaxtasını satacaqlar

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amadea” yaxtası, Dağıstanlı milyarder Süleyman Kərimova məxsus və ABŞ-da həbsdə olan gəmi, hərraca çıxarıla bilər. Amerika KİV-lərinin məlumatına görə, martın 10-da rusiyalı oliqarxın benefisiarı Eduard Xudaynatov məhkəmədə bu gəminin həqiqətən ona məxsus olduğunu sübut edə bilməyib.

“Rosneft” adlı Rusiya dövlət neft-qaz şirkətinin keçmiş rəhbəri olan Xudaynatov Nyu-York şəhəri məhkəməsində yaxtanın qanuni sahibi olduğunu iddia edirdi, lakin dairə hakimi Deil Ho onun iddiasını rədd edib.

Prokurorluğun məlumatına görə, Xudaynatov “Amadea” yaxtasının “formal sahibi” qismində çıxış edirdi, əslində isə yaxta Rusiya prezidenti Vladimir Putinin etibarlı adamı olan Süleyman Kərimova məxsusdur.

Süleyman Kərimov ABŞ-ın sanksiyalarına ilk dəfə 2018-ci ildə, daha sonra isə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci ildə məruz qalıb.

Uzunluğu 106 metr olan və dəyəri 300 milyon dollar olan bu yaxta 2022-ci ilin aprelində Kremlin yaxın çevrəsində olan Rusiya oliqarxlarına qarşı iqtisadi sanksiyalar çərçivəsində Fici sahillərində saxlanılmışdı. Daha sonra gəmi ABŞ-a gətirildi və o vaxtdan bəri Kaliforniyanın San Dieqo limanında dayanır. ABŞ hakimiyyəti yaxtanın saxlanması, mühafizəsi və korroziyadan qorunması üçün hər ay on minlərlə dollar xərcləmək məcburiyyətindədir.