

Prezident Tramp Ukraynaya bütün hərbi yardımı dayandırıb
Trampın Zelenski ilə bağlı açıqlaması
ABŞ nazirindən Ukraynaya ultimatum
Zelenski: “Diplomatik səylərdə Amerika ilə əməkdaşlıqda olacaq”
Tramp-Zelenski gərginliyindən sonra keçirilən sorğuda təəccüblü rəqəmlər
Mayk Conson: “Ya Zelenski özünə gəlməli, danışıqlar masasına qayıtmalıdır, ya da ...”
Mayk Uolts: “Zelenski tələblərə cavab verməzsə, bu, problemə çevriləcək”
Finlandiya prezidenti Stubb: “Tramp-Zelenski debatında Putin qalib gəlib”
Diplomatik uğursuzluq və siyasi reallıqlar
Dəfələrlə xəbərdarlıq edildi, amma Zelenski qulaq asmadı
Baş nazir Starmer Böyük Britaniyanın Ukraynaya dəstəyini təkrarladı
Jurnalistdən çox FTX xəfiyyəsi peşəkarlığı sərgiləyən Kirsanov Tramp danışarkən diqqət çəkib
Böyük Britaniyanın Baş naziri Starmer Zelenskiyə jesti ilə Tramp-Vens cütlüyünə dərs verdi
Süni intellekt möcüzəsi
Tramp-Zelenski mübahisəsi Ukrayna müharibəsinə necə təsir edəcək?
Diplomatiyanı növbəti dəfə sınamaq cəhdi
Saakaşvili Gürcüstanda korrupsiyanı ləğv edən, məhkəmələri ədalət düzəninə salan, polis orqanlarını xalqa xidmət etdirən, bir sözlə sistem quran lider olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq.
2008-ci il müharibəsi, sonra Rusiya ilə “atəşkəs” imzalaması, Abxaziya və C. Osetiyanın de-fakto itirilməsi Saakaşvilinə baha başa gəldi – həm vəzifəsini itirdi, həm də reytinqi yerlə-bir oldu. Günü bu gün də xalqın böyük bir hissəsi Saakşvilini qəbul etmir, ondan zəhləsi gedir. Amma, Gürcüstan sağ qaldı, ölkəsi inkişaf yolu ilə getdi, turizm mərkəzinə çevrildi, əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı.
Üç ildir Ukraynanı viran qoyan, işğal edən Rusiyanın, Gürcüstanla bağlı planları da başqa idi – rəsmi Tiflis Rusiyanın boyunduruğuna girməli, Moskvaya tam loyal ölkəyə çevrilməli, Saakaşvili isə bir yerindən Moskvanın ortasında asılmalı idi. Məhz Mişanın öz həyatını, vəzifəsini Gürcüstana qurban verməsi Putinin bu arzularının gerçəkləşməsinə mane oldu.
Gürcüstan hadisələrində dişsiz və onurğasız davranan Avropa və kollektiv Qərb, Putinin daha da aqressiv olmasına səbəb oldu. Sonra olanları bilirsiniz – Krımın işğalı, yenə səssizlik, Ukraynaya 2022-ci ildə vəhşicəsinə hücum – yənə Qərbin onurğasızlığı.
Bunları nədən xatırlatdım – bu gün, çox təəssüf ki, Zelenski öz taleyi ilə Ukrayna taleyi arasında seçim edə bilmir, üstünlüyü Ukraynanın gələcəyinə verə bilmir, kreslodan əl çəkmək istəmir.
2022-ci ildə “İstanbul anlaşmaları” apreldə imzalansaydı Ukraynada yüzminlərlə insan sağ qalacaqdı, çoxsaylı kəndlər, şəhərlər dağılmayacaqdı və ən əsası, bu gün Ukraynanı daha pis şərtlərlə atəşkəsə sürükləməzdilər. Bütün bunların qarşısını Zelenski 2022-nin aprelində Türkiyənin min bir əziyyətlə qurduğu masada ala bilərdi. Amma...
Amması da odur ki, “atəşkəs” olsaydı Ukrayna daxili siyasətində bütün “oxlar” Zelensiyə çevriləcəkdi, növbəti seçkiləri Saakaşvili kimi uduzacaqdı. Bu mütləq belə olacaqdı, çünki, müharibə dayanan kimi suallar artacaqdı, ittihamlar çoxalacaqdı. Zelenski buna görə 2022-nin aprelində atəşkəsə getmədi, elə indi də atəşkəsdən yayınmaq istəyi sonrakı dövrdə ona ünvanlanacaq ciddi ittihamlardan qaçmaq cəhdidir.
Hələ də gec deyil, öz siyasi karyerasını Ukrayna üçün daha yaxşı şərtlərlə dəyişə bilər – bunun üçün ürək, Saakaşvili qədər vətənsevər olmaq lazımdır. Çünki, qəhrəman Ukrayna xalqı yaxşı gələcək istəyir, ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir...