
Yeni eskalasiyaya səbəb Ermənistandır ...
... Yaxud Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ
... Yaxud Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ
Bunun əksi Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək
“Sülh sazişi imzalamaq imkanını əldən verməyin”
Nikol Paşinyan Ermənistanın keçmiş rəhbərliyini təhdid edib
Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir
... Yaxud Yelisey sarayındakıların Ermənistansız Qafqaz planını
Vardanyan isə Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir...
Araqçı üçün İrəvanda başqa bir önəmli hadisə
Paşinyan Fələstinin müstəqilliyini tanımaq, Suriyaya “humanitar yardım”la Türkiyəni şirnikləndirir
Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?
Geosiyasi risklər və Azərbaycan üçün çağırışlar
Azərbaycan üçün hansı daha önəmlidir lokal xarakter, yoxsa beynəlxalq qrup?
10 maşın humanitar yük üçün 10 gün möhlət?
... Kreml başa düşmür
... Yaxud “Marqara”dan humanitar yardım göndərən mağara təfəkkürlü adamlar
Erməni və qərb mediasının manipulyasiya mövzusu
Ötən yazımın postskriptum hissəsində separatçılığa, terrorçuluğa, işğalçılığa meylli bir toplumu – erməniləri “şok terapiya” üsulu ilə sağaltmağın, onları reallıq hissinə qaytarmağın və irqçilik, millətçilik zəhərindən təmizləməyin (denasifikasiyanın) yolları, variantları barədə danışmış, eyni zamanda, bütövlükdə Ermənistanın özünü tam nəzarət altına almağımızın vacibliyini vurğulamışdım.
Bəs, bu qaçılmazlıq, vaciblik nədən doğur?
Məsələ burasındadır ki, ermənilər Cənubi Qafqazın millət kimi formalaşa bilməmiş, yetkinləşməmiş yeganə etnik vahidi, qeyri-adekvat toplumudur.
Həmçinin, “Ermənistan” adlı dövlət də əslində dövlət deyil, eksperimental layihədir. Kremlin layihəsidir.
Eksperiment isə gördüyümüz kimi baş tutmayıb. Bəli, hazırkı Ermənistan baş tutmamış dövlət layihəsidir. Bu layihə dövlətə çevrilə bilmədi. Bu da ilk növbədə ermənilərin etnopsixologiyasından qaynaqlanır, irəli gəlir.
Kreml isə ermənilərin qəbilə, ibtidai icma mərhələsindən çox da irəli gedə bilmədiyini və onların alət kimi istifadə olunmağa meylli toplum olduğunu və ümumiyyətlə, ermənilərin psixopatologiyasını yaxşı bildiyi üçün, onları əvvəlcə Cənubi Qafqaza - bizim torpaqlarımıza köçürdü, daha sonra isə Türk dünyasını parçalamaq, Türkiyə ilə Azərbaycan və Türküstan arasında bufer zona yaratmaq üçün “Ermənistan” adlı eksperimental dövləti qurdu.
Lakin Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla Rusiyanın “Ermənistan” adlı bu mənhus layihəsini, planını iflasa uğratdı. Eksperiment dayandırıldı. Rusiya bu layihədən imtina etməli oldu.
Beləliklə, layihə müvəqqəti başsız qaldı. Və son 5 ildə İran, Fransa, Hindistan, ABŞ, Kanada, Avropa İttifaqı (Aİ) Rusiyanı əvəz etməyə, bu layihə-dövlətə sahiblənməyə çalışdılar. Lakin iş elə gətirdi ki, Rusiya-Ukrayna müharibəsinin və Trampın təkrarən ABŞ prezidenti seçilməsinin nəticəsində dünyada baş verən köklü geosiyasi dəyişikliklər yuxarıda adlarını çəkdiyim ölkələri də qlobal risklər və çağırışlarla üz-üzə qoydu. İndi onların başları öz problemlərinə qarışıb. Ona görə də Ermənistan yenə də meydanda tək qalıb. Sahibsizdir.
Ancaq Cənubi Qafqaz kimi olduqca həssas və narahat bir bölgədə belə bir təxribatçı toplumu, eksperimental layihəni əsla nəzarətsiz, sahibsiz buraxmaq olmaz. Çünki nəzarətsiz buraxılsalar, necə deyərlər, mütləq yenə nəsə bir zibil qaynadacaqlar.
Görünən budur ki, bu dəfə Ermənistana sahiblənmək növbəsi bizimdir. Biz sahiblənməsək, başqaları sahiblənəcək (ilk növbədə isə Rusiya və İran). Burada başqa seçim yoxdur, Ermənistan ya bizim nəzarətimiz altında olmalıdır, yada ki, başqalarının himayəsində olmalıdır.
Başqaları sahibləndikdə isə məlum məsələdir ki, biz yenə də problemlər yaşamağa başlayacağıq. Bax, həmin problemləri önləmək və qanlı tarixin yenidən təkrarlanmasının qarşısını almaq üçün ya Türkiyə Ermənistanı götürməlidir, yada ki, Azərbaycan Ermənistanı öz tərkibinə qatmalıdır.
Başqa yolumuz yoxdur. Biz bunu etməsək, biriləri yaxın gələcəkdə yenə də Ermənistandan bizə qarşı revanşist qüvvə kimi istifadə etməyə başlayacaq. Erməni revanşizmini, erməni terrorizmini maliyyələşdirməyə kifayət qədər çoxlu mənbələr də tapılacaq. Və bu dəfə yeni ruben vardanyanlar meydana çıxıb terrora, revanşizmə sponsorluq edəcəklər.
Yeri gəlmişkən, martın 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən dinləmə zamanı Qarabağda yaşayan erməniəsilli Kamo Hayrapetyan Ruben Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını təsdiqləyib. Bu da təkcə R.Vardanyanın özünün fərdi xarakterindən irəli gələn hal deyil. Ermənilərin milli xarakteri və genetiki mahiyyətcə terrora meyllidir.
Ermənilər tarix boyu dövlət qurmaqdansa daha çox terror təşkilatları yaratmağa meylli olublar. Terrorizmi və terrorizmlə mübarizə tarixini tədqiq edən amerikalı ekspert Bryus Hoffmanın araşdırmasına yer alan təkcə bir fakt təsdiqləyir ki, erməni terror qrupları cəmi 11 il ərzində (1975-ci ildən 1986-cı ilə qədər) dünyanın müxtəlif nöqtələrində 200-ə qədər terror aktı törədiblər. Ruben Vardanyan da erməni terrorizminin tarixçəsini yaxşı bilir...
(ardı var)