vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜBHƏM  
17:47 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd millətin qarışığından doğulan faşist

Salaşi haqqında məhkəmə hökmündə ölümün belə ən ağırı verilib

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Macar, alman, slovak və rusun qarışığı olduğu deyilən Salaşinin hətta erməni əcdadları olduğu, babasının Saloşyan soyadı daşıdığı versiyası da var, amma əksər tarixçilər bunu rədd edirlər.

O, Birinci dünya müharibəsində Avstriya-Macarıstan ordusunun zabiti kimi iştirak edib. Müstəqil Macarıstanın ordusundan isə 1935-ci ildə mayor rütbəsində istefaya çıxıb. Bundan sonra siyasətlə məşğul olub. Bu qədər qarışıq əcdadları olan Salaşi ultramillətçi görüşləri mənimsəyib, 1937-ci ildə nasist yönümlü “Çarpaz oxlar” təşkilatını yaradıb.

Birinci dünya müharibəsindən sonra müstəqil dövlət olan Macarıstan monarxiya elan edilmişdi, amma hökmdarı yox idi. Ölkəni naib (regent) kimi admiral Mikloş Horti idarə edirdi.

İkinci dünya müharibəsi zamanı Macarıstan nasist Almaniyasının yaxın müttəfiqi kimi çıxış edirdi. Amma artıq 1942-ci ildə almanların məğlub olacağını anlayan Horti ingilis və amerikalılara məxfi danışıqlara başlayır.

Cəbhələrdə vəziyyət pisləşdikcə Hitler də Hortiyə daha az etibar edir. 1944-cü martında almanlar Macarıstanı işğal edirlər. Oktyabrda isə admiralın SSRİ ilə sülh bağlamağa hazırlaşdığını öyrənən nasistslər onun oğlunu girov götürürlər və həbsdə olan Ferents Salaşini baş nazir təyin etməyə məcbur edirlər. Horti özü isə əsir kimi Almaniyaya aparılır.

Alman işğalından sonra Horti Macarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyasına mane olmağa çalışırdı. Salaşi hakimiyyətə gələndən sonra isə onların qara günləri başalyır, yüzminlərlə macar yəhudisi Holokostun qurbanı olur. Vəziyyətin bütün ümidsizliyinə baxmayaraq, Macarıstanın bütün gücünü müharibəyə səfərbər edir.

Amma 1944-1945-ci ilin qışında keçirilən əməliyyatlar nəticəsində Macarıstan sovet qoşunlarının nəzarətinə keçir. 163 günlük hakimiyyətdən sonra Salaşi martın 28-də Vyanaya, oradan da Münhenə qaçır. Mayın 6-da amerikalılara əsir düşür. Oktyabrın 3-də Macarıstana təhvil verilir.

Ferents Salaşi və hökumətinin üç üzvü məhkəmənin hökmü ilə 1946-cı ili martın 12-də asılmaqdan daha çox boğulmaq deyiləcək üsulla edam edildilər. Şəkildə əks olunan həmin üsul asılmaqdan daha əzablıdır, çünki ölüm daha gec baş verir.