vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
Qaregin Ndjeyə təşəkkür borcu? 00:55 | 1 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 45 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaregin Ndjeyə təşəkkür borcu?

... Yoxsa alman prezidentin yersiz ermənipərəstlik xəstəliyi...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Qafqaza regional turne çərçivəsində martın 30-da Ermənistana səfər edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer rəsmi “İnstagram” səhifəsinin hekayə bölümündə Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş erməni separatçılarının “bayraq” kimi istifadə etdikləri əski parçasını əks etdirən paylaşım edib.

Həmin paylaşıma bu mətn də əlavə edilib:

“Dağlıq Qarabağ bölgəsində ermənilər üstünlük təşkil edirdi. Son onilliklər ərzində orada bir neçə dəfə hərbi toqquşmalar baş verib”.

Təcrübəli siyasətçi olan Almaniyanın prezidentinin bu cür kobud səhvə şüurlu şəkildə yol verməsi anlaşılan deyil.

Bu səhv onun Bakıya gözlənilən səfərinə kölgə sala bilər.

Xatırladaq ki, F.V. Ştaynmayer aprelin 2-də Bakıya gələcək.

P.S. Bəlkə biz də Ştaynmayerlə biraz məzələnək, onun şərəfinə hava limanında və yol kənarlarında Hitler Almaniyasının və ya keçmiş “QDR”-in (Almaniya Demokratik Respublikası) bayraqlarını, simvollarını yerləşdirək?

P.P.S. Yeri gəlmişkən, martın 31-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann həmin paylaşımın texniki səhv olduğunu və artıq silindiyini bildirib.

Alman diplomat Azərbaycan tərəfinə şifahi üzrxahlığını da bildirib. Lakin Azərbaycan tərəfinin səfirlə olduqca sərt danışıq apardığı və Almaniyanın Azərbaycandan açıq şəkildə, rəsmi qaydada üzr istəməsini tələb etdiyi vurğulanır. Əlbəttə, bu tələbimiz haqlı tələbdir. Almaniya özünü Fransa kimi aparmamalıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)