
AfD sorğularda birinci sıraya yüksəldi
Avropa Birliyi ölkələrindəki ifrat sağçı qüvvələr yüksəlişdədir
Avropa Birliyi ölkələrindəki ifrat sağçı qüvvələr yüksəlişdədir
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
CDU-nun qərargahına qırmızı boya atdılar
SPD 5 ildən sonra çökdü, CDU yüksəlir
“Ukraynalı qaçqınlara sosial yardımı kəsin”
Merz Bundestaqda LGBT-nin göy qurşağı bayrağını istəmir
Merzinin siyasəti Alman ictimaiyyəti tərəfindən bəyənilir
Ərəbin şəriəti ilahi, rusun şəriəti siyasi mənşəlidir
Almaniya bu gün seçki keçirsəydi, nəticələr necə olardı?
“Şərtlər yerinə yetirilib, prosedurlara başlamaq lazımdır”
Hakim partiya uçurumu genişləndirir
AfD-də “ekstremistlərin” sayı 77 faiz artıb
İfrat sağçı partiya qadağa olunsun, ya yox?
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
AfD-nin ifrat sağ qanadındakı simalardan biri olan Björn Höcke, “X” platformasında partiyanın radikal gənclik qanadı “Junge Alternative”ni (JA) yenidən qurma çağırışı etdi. Halbuki elə onun partiyası JA-nın ifrat sağ təşkilat kimi təsnif edilməsindən sonra cəmi altı ay əvvəl bu qurumu ləğv etmişdi. Höckenin paylaşımı qısa müddət sonra silməsi, yenidən məhkəməyə verilmə ehtimalından çəkinməsi ilə əlaqələndirilir.
“WELT” qəzetinin “Höcke. Ein Rechtsextremist auf dem Weg zur Macht. Die AfD und ihr gefährlichster Vordenker” (“Höcke. Hakimiyyətə gedən yolda bir ifrat sağçı. AfD və onun ən təhlükəli ideoloqu”) adlı və 15 sentyabrda çıxacaq kitab üçün apardığı araşdırmalara görə, Türinqiya Əyalətinin sədri Höcke bu paylaşımında bir daha nasist dövrünə aid bir şüardan istifadə edib. Söhbət, Hitler Gəncliyinin (HJ) əsas prinsiplərindən biri olan “Gənclərə gənclər rəhbərlik etməlidir”, – ifadəsindən gedir.
Nasist dövründəki təbliğat funksiyası
“Nasional Sosializm” (NS) dövründə bu şüar “Hitler gəncliyi və ya alman qızlar birliyi” (Bund Deutscher Mädel) kimi təşkilatlarda rəhbərlik anlayışını möhkəmləndirmək üçün istifadə olunurdu. Uyğun hesab edilən gənclərin, demək olar, yaşıdları olan digər gənclərə rəhbərlik etməsi təşviq edilirdi. Məqsəd gənc nəslin mütləq itaətə, qeyd-şərtsiz sədaqətə və NS rejiminə dəstək verməyə yönəldilməsi idi.
Höcke isə paylaşımında bu sözün nasist dövründəki istifadəsinə toxunmayıb. Onun əvəzinə, şüarın mənşəyini 1920-ci illərin etnik-millətçi gənclik hərəkatlarından biri olan “Bündische Jugend”ə aid edib.
Keçmiş məhkəmə prosesləri
2024-cü ildə Höcke, Almaniyanın nasist dövründəki paramilitar təşkilatı olan “Sturmabteilung”a (SA – bu təşkilat 1920–1930-cu illərdə Nasist Partiyası üçün qapalı mühafizə və zorakı tədbirlər həyata keçirən qüvvə idi) aid “Alles für Deutschland” (“Hər şey Almaniya üçün”) şüarını işlətməsi səbəbindən bir neçə həftə arayla iki dəfə pul cəriməsinə məhkum edilmişdi. Keçmiş tarix müəllimi olan Höcke məhkəmə iclaslarında bu sözün SA-nın parolu olduğunu bilmədiyini iddia etmişdi. Bu işlər üzrə çıxarılan hökmlər hələ qüvvəyə minməyib.
AfD bu ilin yazında JA-nın yerinə yeni gənclik təşkilatı yaratmaq qərarı aldı. Artıq 16–35 yaş arası bütün üzvlər avtomatik olaraq bu yeni təşkilata daxil ediləcək. Partiya rəhbərliyi bu yolla gənclik qanadında müstəqil fəaliyyətlərin qarşısını almağı hədəfləyir.
Partiya daxilindəki narahatlıq ondan ibarətdir ki, JA-nın qadağan olunması barədə veriləcək istənilən qərar bütün AfD-ni hədəfə ala bilər. Höckenin JA-nın əvvəlki adı ilə yenidən bərpa olunması çağırışı AfD rəhbərliyinin müdafiə strategiyasını birbaşa çətinləşdirə biləcək addım kimi qiymətləndirilir.
Noyabr ayında Giysen şəhərində yeni gənclik təşkilatının qurultayı keçiriləcək. Siyasi müşahidəçilər Höckeyə yaxın qanadın burada güclü təsir qurmağa çalışacağını gözləyirlər.