vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
09:17 | 11 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müalicə xəstəlikdən daha dağıdıcı idi”

ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın energetika naziri Kris Rayt qlobal istiləşmənin müasir dünyanın qurulmasının yan təsiri olduğunu söylədi və keçmiş prezident Co Baydenin qalıq yanacaqlarda artımı təşviq edən iqlim siyasətinə son qoyacağını vəd etdi.

Rayt bu sözləri dünən Hyustonda ölkənin ən böyük enerji konfransı olan “CERAWeek”in açılışında deyib: “Tramp administrasiyası iqlim dəyişikliyinə olduğu kimi davranacaq. Həyatda hər şey mübadilədən ibarətdir. Hər şeydə”.

Müasir dünyanın qurulmasının yan təsirini qlobal fiziki hadisə sayan nazir qeyd edib ki, neft, qaz və kömür qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir və gələcək enerji tələbatının artımı qeyri-məhduddur.

Rayt Baydenin qlobal istiləşmə ilə mübarizə siyasətinin, o cümlədən tullantısız günəş və külək enerjisindən istifadənin genişləndirilməsi və elektrikli avtomobillərdən asılılığı təşviq etmək səylərinin səmərəsiz olduğunu söyləyib: “Müalicə xəstəlikdən daha dağıdıcı idi”.

ABŞ dünən Delfin layihəsindən Asiya və Avropanın əsas iqtisadiyyatlarına LNG ixracının genişləndirilməsini təsdiqləyib. Bu, Baydenin sürətlə artan iqtisadi fəaliyyətin iqtisadi və ətraf mühitə təsirlərini öyrənmək üçün təxminən bir il ərzində LNG ixrac təsdiqini dayandırdıqdan sonra yeni administrasiya tərəfindən bir sıra təsdiqlərdən biridir.

“Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirik ki, bu tərəqqini sürətləndirəcəyik”, – deyin Rayt jurnalistlərə bildirib ki, hazırda dünyada ən böyük olan LNG ixracatçısı ABŞ-ın tədarükünün qarşıdakı illərdə iki dəfə artacağı gözlənilir.