

Əli hər yerdən üzülən Ermənistana sahiblənmək növbəsi bizimdir...
Ermənistan və Azərbaycan arasında gərginlik artır
Bədnam “böyük ermənistan” planının “tabut”una vurulan sonuncu mismar
Ermənistanın hüquqi əngəlləri aradan qaldıracaq yeganə çarəsi
GUR: “Rusiya Ukraynanın Azərbaycan və Ermənistanla münasibətlərini korlamağa çalışır”
“11-13 yaşımda məni Bakı fahişəsi adlandırırdılar”
“İri balıq” əvvəl-axır danışacaq
Rusiya itirə-itirə gedir
Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlubun tələbini yerinə yetirsin
Sülhün yeganə istiqaməti – Azərbaycanadır
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Qətnamə qəbul edilərkən erməni spikerin senatda olması şübhələr oyadıb
Qərb şübhəli geosiyasi layihələrə pul xərcləmək istəmir
Bu Paşinyanın ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər
Başa çatan həftənin çoxlu suallar doğuran fotosu haqda qeydlər
Rusiya “yumşaq güc” mərkəzlərində “hərbi gücü”nü nümayiş etdirir
Ermənistan rəhbərliyi sülhə hazır olduqlarını bəyan etsə də, bu bəyanatların arxasında tamam başqa niyyətlər gizlənir. Rəsmi İrəvanın son aylardakı addımları, revanşist ritorika və silahlanmaya yönəlmiş intensiv hazırlıqlar göstərir ki, bölgə yeni müharibə təhlükəsinin astanasındadır. Daha dəqiq desək, Ermənistan aprel ayında yeni təxribatlara və genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşır.
Ermənistan artıq öz niyyətlərini gizlətmək ehtiyacını da hiss etmir. Ötən həftə Ermənistan hökumətinin iclasında ehtiyatda olan hərbçilərin növbəti toplanışının 1 aprel – 13 iyun tarixlərində keçiriləcəyi açıq şəkildə elan edildi. Maraqlıdır ki, bu toplanışın müddəti rekord həddə – tam 10 həftə davam edəcək. Bu isə standart hazırlıq müddətlərindən xeyli uzun olması ilə diqqət çəkir və İrəvanın sıradan hərbi təlimlərdən daha ciddi məqsədlər güddüyünü göstərir.
Etibarlı mənbələr İrəvanın aprel ayında müharibəyə başlamağı planlaşdırdığını bildirir. Faktlar və əldə edilən məlumatlar Ermənistanın Azərbaycanla sərhəddə təxribat xarakterli hərbi əməliyyatlara ciddi şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya təhlükəsini olduqca real edir.
Ermənistanın bu planlarında xüsusi yer tutan məqamlardan biri də “blitskriq” konsepsiyasıdır. Bu strategiyaya əsasən, Ermənistan Azərbaycanla şərti sərhəd xətti boyunca yerləşən yaşayış məntəqələrini sürətli şəkildə işğal etməyi planlaşdırır. Son aylar isə İrəvanın bu hərbi avantüraya hazırlaşdığını göstərən faktlar daha da çoxalıb.
Ermənistanın hərbi hazırlıqlarını müşayiət edən digər narahatlıq doğuran məqam isə Avropa Birliyinin (AB) bölgəyə göndərdiyi “müşahidə missiyası”nın fəaliyyəti ilə bağlıdır. Rəsmi olaraq neytral mövqedə olduğu iddia edilən bu missiya əslində fərqli məqsədlərə xidmət edir. Sərhəd boyunca, xüsusən də mümkün qarşıdurma bölgələrində kəşfiyyat fəaliyyəti intensivləşib. Avropalı “müşahidəçilər” ərazini sistematik şəkildə araşdırır, həssas mövqeləri müəyyənləşdirir və Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqeləri analiz edirlər. Praktikada isə bu fəaliyyət Ermənistan hərbi komandanlığına məlumat ötürməklə neytrallıq prinsipinin açıq şəkildə pozulması anlamına gəlir.
Ermənistanın militarizasiya kursunun digər təhlükəli əlamətləri isə bölgədə daha genişmiqyaslı münaqişəyə hazırlaşdıqlarını açıq şəkildə ortaya qoyur. Sərhəd xətti boyunca inşa edilən on möhkəmləndirilmiş hərbi mövqe bu niyyətin açıq-aşkar sübutudur. Məhz bu mövqelərin yerləşmə forması və quruluşu onların müdafiə məqsədindən daha çox hücum strategiyasına xidmət etdiyini göstərir. Bu mövqelər elə nöqtələrdə qurulub ki, onlar strateji əhəmiyyətli əraziləri atəş nəzarətində saxlamağa imkan verir və beləliklə, sərhəd bölgələrinin təhlükəsizliyini ciddi şəkildə təhdid altına alır.
Daha da təhlükəli məqam isə bu hərbi mövqelərin bir-biri ilə tunellər vasitəsilə əlaqələndirilməsidir. Bu tunellərin əsas məqsədi isə Ermənistanın diversiya qruplarının sərhədi yararaq Azərbaycana qarşı təxribat əməliyyatları keçirmək üçün istifadə olunmasıdır. Bu cür gizli infrastrukturlar Ermənistanın gələcəkdə daha genişmiqyaslı və təhlükəli planlar üzərində çalışdığını göstərir.
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Ermənistanın sərhəd boyunca həyata keçirdiyi bu hərbi hazırlıqlar yalnız müdafiə tədbiri deyil — bu, yeni müharibənin başlanğıcı üçün planlı şəkildə görülən işlərin bir hissəsidir. Ermənistanın bölgədə sülhə deyil, növbəti hərbi avantüraya hazırlaşdığı artıq şübhə doğurmur. Bu isə bölgədə sabitliyə ən ciddi təhdiddir və müharibə təhlükəsini daha da artırır.