
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) bəyanatında bildirilir ki, Rusiya Ukraynanın Azərbaycan və Ermənistanla münasibətlərini pozmağa cəhd göstərir.
Qeyd olunur ki, Ermənistan informasiya məkanında Ukrayna hərbi kəşfiyyatının guya Azərbaycanla Ermənistan arasında silahlı münaqişəyə təşəbbüs göstərməsi və ya bu prosesə dəstək verməsi ilə bağlı saxta məlumatlar yayılır. Bu dezinformasiya aktiv şəkildə “Telegram” kanalları vasitəsilə tirajlanır. Xüsusilə, bu cür iddialarda iki ölkə arasında yeni müharibənin Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcəyi və bunun Ukraynanın xeyrinə olacağı bildirilir.
Bu informasiya hücumunun əsasını Ukrayna GUR-un guya Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuka ünvanladığı “hesabat” təşkil edib. Sənəddə “Їvan” əvəzinə “İvan”, “SDR” əvəzinə “EGRPOU” kimi bir sıra səhvlər mövcuddur ki, bu da onun saxta olduğunu göstərir. Bundan əlavə, sənəd Ukraynada rəsmi sənədlərin tərtib olunma qaydalarına uyğun gəlmir.
“Bu informasiya əməliyyatının keçirilməsi Ukraynanın imicini ləkələməyə, Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirməyə yönəlib ki, bu da ilk növbədə təcavüzkar dövlət olan Rusiyanın maraqlarına xidmət edir”, – deyə GUR vurğulayıb.