vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
09:51 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni konstitusiya kodeks deyil

Ermənistanın hüquqi əngəlləri aradan qaldıracaq yeganə çarəsi

Aqşin KƏRİMOV, Siyasi təhlilçi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda konstitusiyaya dəyişikliyi ilə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır.

Məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil. Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir, çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir.

Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq. Ana qanuna dəyişikliklə isə həmin baza aradan qalxacaq və bu, Ermənistanın  Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bütün bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalır.

Azərbaycan indi üçün Ermənistanda konstitusiyaya sivil qaydada dəyişiklik edilməsinin tərəfdarıdır. Ermənistan buna əməl etməsə, Azərbaycan sərhəddə əlavə əməliyyatlar aparmaqla yeni düzən formalaşdırmağa qadir olduğunu bir daha göstərəcək. Ona görə də Ermənistan Azərbaycanın tələblərinə, şərtlərinə, formalaşdırdığı yeni doktrinaya tabe olmaq zərurətlərini hiss edir.

Rəsmi İrəvanın Azərbaycana qarşı geosiyasi dönüş nöqtəsi yarada bilmə potensialı isə yoxdur.  Çünki bu dövlət ilk növbədə Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin poliqon mərkəzinə çevrilib.

İkinci növbədə, İranın Ermənistanla bağlı ambisiyaları getdikcə genişlənir və rəsmi Tehran daha İrəvanın təhlükəsizlik zəmanəti kimi deyil, İrəvana təhdid yaradan formada çıxış edir.

Yəni hazırda Ermənistanın təhlükəsizliyi İran üçün o  qədər də önəm daşımır. Həmçinin Ermənistan İrana qarşı gedə bilmək potensialında deyil və buradan hər hansı siqnal veriləndə Tehran dərhal İrəvana müəyyən xəbərdarlıq mesajları göndərir.

Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır. Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir.