vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
18:55 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 289 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejiminin səfsəfəsi

Güney Azərbaycan taleyinə özü qərar verdiyi zaman həqiqi mənada “baş” ola bilər

Sadiq İSABƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq bütün dünya bilir ki, İran adlanan siyasi coğrafiyada 40 milyon Azərbaycan türkünün milli kimliyi sistemli şəkildə inkar edilir, onların siyasi, mədəni və iqtisadi haqları məqsədli şəkildə məhdudlaşdırılır. Bununla belə, fars-molla rejimi öz irqçi və assimilyasiya siyasətini pərdələmək üçün utanmadan “Azərbaycan İranın başıdır” kimi şüarlar səsləndirərək, Azərbaycan türklərini süni və aldadıcı bir dəyər hissi ilə özünə bağlamağa çalışır. Amma bu ifadənin mahiyyətinə nəzər saldıqda, onun sadəcə bir siyasi manipulyasiya vasitəsi olduğu açıq-aşkar görünür.

Fars rejimi bu şüarla Azərbaycanı İran daxilində xüsusi statuslu bir bölgə kimi təqdim, etməyə çalışır ancaq bu, yalnız sözdə deyilir.

Praktikada isə Azərbaycan türkləri ağır ayrı-seçkilik siyasətinə məruz qalaraq Ana dilində təhsil hüququndan məhrum edilir, tarix və mədəni irsi sistemli şəkildə təhrif edilir, iqtisadi geriləməyə məruz qalır və bütün bunlara etiraz edən milli-mədəni fəalları təzyiq altında saxlanılır.

Bu səbəbdən də “Azərbaycan İranın başıdır” ifadəsi, əslində, fars-molla rejiminin öz üstünlüyünü qorumaq üçün ortaya atdığı bir siyasi illüziyadan başqa bir şey deyil.

Çünki əgər Azərbaycan həqiqətən də “baş” olsaydı, onda öz taleyi üzərində qərar vermək haqqına malik olmalı idi. Bir xalqın “baş” olması üçün onun dili, mədəniyyəti və kimliyi qorunmalı, iqtisadi və siyasi azadlıqları təmin edilməlidir. Halbuki, İran adlanan ölkədə Azərbaycan türkləri daim assimilyasiya siyasətinə məruz qalır, milli hüquqları pozulur və hər hansı bir formada milli-siyasi haqq tələb etdikdə, repressiya ilə üzləşirlər. Bu vəziyyət açıq şəkildə göstərir ki, “baş” olmaq anlayışı, rejimin istismar etdiyi bir anlayışdan başqa bir şey deyil.

Bütün bu faktlar göstərir ki, fars-molla rejimi Azərbaycanı yalnız bir müstəmləkə kimi görür və onun inkişafını əngəlləmək üçün sistemli şəkildə siyasətlər yürüdür, Güney Azərbaycanı iqtisadi cəhətdən geridə saxlayır və onların hər hansı bir sahədə irəliləyişi olursa onun qarşısını həmən alır.

Bütün bunlar göstərir ki, fars-molla rejiminin “Azərbaycan İranın başıdır” ifadəsini səsləndirməsi sadəcə siyasi manipulyasiya və türklərin assimilyasiya prosesini sürətləndirmək məqsədi daşıyan bir hiylədir.

Ona görə də, Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri dərk etməlidirlər ki, onların milli haqları süni şüarlarla deyil, real siyasi və hüquqi mübarizə yolu ilə təmin edilə bilər. Bir sözlə Güney Azərbaycanlılar yalnız öz taleyinə özü qərar verə bildiyi zaman həqiqi mənada “baş” ola bilər. Bu isə yalnız milli birlik və siyasi mübarizə yolu ilə mümkündür.