
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Geçən gün İran prezidentinin Azərbaycanda bir beyt türkcə şeir oxuması, bir sıra Güney Azərbaycan türkləri arasında müəyyən bir coşqu və həyəcan yaratdı. Bu, bəzi dairələrdə bütöv Azərbaycanın qurtuluşuna ümid işarəti kimi yozuldu. Lakin unutmayaq ki, bu təkcə bir görüntüdür. Rejimin iç üzünü gizlətmək üçün irəli atdığı siyasi bir manipulyasiyadır.
İran rejimi illərdir Güney Azərbaycan türklərinə qarşı sistemli assimilyasiya siyasəti aparır. Urumiya gölünün qurudulması, ətraf mühitin məhv edilməsi sadəcə ekoloji fəlakət deyil. Bu həm də bir millətin yaşadığı coğrafiyadan məhrum edilməsidir. Türk dili və mədəniyyəti məktəblərdən, universitetlərdən, rəsmi instansiyalardan silinib, tariximiz təhrif olunub, mədəni irsimiz yox sayılıb. Millətimizin ən sadə hüquqları belə, təhlükəsizlik problemi adı ilə basdırılıb, fəallar zindanlara atılıb.
Belə bir rejimin başçısının türkcə bir beyt oxuması, nə niyyətin səmimiliyinə dəlalət edir, nə də uzunmüddətli siyasətin dəyişdiyinə işarədir. Bu, sadəcə millətin duyğularını istismar etmək, bir neçə gündəlik təbliğat qazancı uğuruna səslənmiş boş bir ritorikadır.
Əgər həqiqətən də bu sistem, Güney Azərbaycan türklərinin varlığına hörmət edirsə, o zaman türk dilində təhsilə icazə versin, milli fəalların səsini boğmaqdan imtina etsin, tariximizi təhrif etmək əvəzinə öyrətsin. Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları danışmalıdır.
Unutmayaq: şeir gözəldir, amma siyasi riyakarlığın pərdəsi olduqda, aldanmaq deyil, ayılmaq lazımdır.