ABŞ Hindistanı qoparmağa çalışır
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
22:06 | 29 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 178 dəfə baxılıb
Şriftin ölçüsü
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
“Yox” demirlər, amma nəticə də yoxdur
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Hindistanın baş naziri Narendra Modi ötən həftə Kəşmirdə 26 mülki şəxsin ölümü ilə nəticələnən hücumlara cavab vermək üçün orduya tam səlahiyyət verib. Məlumata görə, Modi bu barədə bu gün keçirilən məxfi təhlükəsizlik toplantısında bildirib.
***
Baş nazirin ofisi açıqlamasında bildirib ki, Modi silahlı qüvvələrə hücuma necə, nə vaxt və harada cavab verməsi ilə bağlı tam səlahiyyət verib. Hökumət Modinin müdafiə naziri Rajnath Singh ilə görüşünün görüntülərini də yayıb.
Həmin gün Kəşmirdə faktiki sərhəd olan Nəzarət Xətti (LoC) boyunca Hindistan və Pakistan orduları arasında yenidən silahlı toqquşmalar baş verdi. Hindistan Pakistanı “atəş açmaqda” günahlandırarkən, Pakistan Hindistan pilotsuz təyyarəsini vurduğunu iddia edib. Yeni Dehli iddiaya münasibət bildirməyib.
Hindistan aprelin 22-də Kəşmirin turistik Pahalqam bölgəsində 26 mülki şəxsin həlak olduğu hücumda Pakistanı günahlandırır, İslamabad isə ittihamları rədd edir. Hadisədən sonra tərəflər təkcə sərhəddə deyil, diplomatik arenada da qarşı-qarşıya gəliblər. Vətəndaşların qarşılıqlı deportasiyası, diplomatik bəyanatlar verilməsi və quru sərhəd qapısının bağlanması kimi addımlar atılıb.
Baş nazir Modi dünyanın harasında olurlarsa olsunlar, hücuma görə məsuliyyət daşıyanları və onların tərəfdarlarını tapacaqlarını söyləyib: “Dünyaya səslənirəm: Hindistan hər bir terrorçunu və onların tərəfdarlarını müəyyənləşdirəcək və cəzalandıracaq. Biz onları dünyanın sonuna qədər təqib edəcəyik”.