İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:29 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 281 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın “Khaneh Eqtesad” xəbər agentliyi, İctimai Siyasət Araşdırmaları Şəbəkəsinin keçmiş direktoru, sosioloq Məhəmməd Fazelinin açıqlamalarını dərc edib. Sosioloq ölkənin mövcud problemlərinin hətta ABŞ-la razılaşma əldə olunsa belə, tez bir zamanda həll olunmayacağını bildirib.
Müsahibədə Fazeli, “Əgər bu gündən etibarən bütün əzm və koordinasiya ilə hərəkət etsək belə, bizi qarşıda 20 çətin il gözləyir”, – deyib.
Fazeli, hazırkı sosial və siyasi problemlərin səthi deyil, dərin və sistemli olduğunu vurğulayaraq, real və uzunmüddətli strategiyalar olmadan ölkənin gələcəyinin daha da ağırlaşacağını bildirib.
Xəbər agentliyi yazır ki, Fazelinin fikirləri Məsud Pezeşkiana yaxın hökumət çevrələrində də rezonans doğurub.
Bu açıqlamalar, ölkə daxilində sosial, iqtisadi və siyasi böhranların davamlılığı və struktur dəyişikliklərinin zəruriliyi barədə narahatlıqları bir daha gündəmə gətirib. Ekspertlər bildirirlər ki, hökumət bu problemləri yalnız fundamental islahatlar və uzunmüddətli planlarla həll edə bilər. Ancaq bunun baş verəcəyi inandırıcı görünmür.