vaxtlı-vaxtında oxuyun! Bazar, 13 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
“Hizbullah”ın atası – ASALA 19:57 | 9 aprel 2025 | Çərşənbə Məqaləyə 223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hizbullah”ın atası – ASALA

Həsən Nəsrullahın gənclik illərində erməni terrorçularının düşərgələrində təlim keçmişdi

Sadiq İSABƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hizbullah” terror təşkilatının keçmiş baş katibi Həsən Nəsrullahın gənclik illərində Livandakı Asala terror təşkilatının təlim düşərgələrində hərbi və ideoloji təlim keçdiyini bilirdinizmi?

Bu gün “Hizbullah” terror təşkilatına dəstək adı ilə özlərini yırtanlar əslində türk millətinə qarşı düşmənçiliyi özünə “şərəf” sayan ASALA terror təşkilatının oyuncağı olduqlarını bilməlidirlər.

***

Livan vətəndaş müharibəsi zamanı yaranan siyasi xaos və ideoloji qarışıqlıq bir çox radikal təşkilatların meydana çıxmasına münbit şərait yaratdı. Bu prosesdə iki fərqli ideologiyanı təmsil edən, lakin terror fəaliyyətləri ilə oxşarlıqlar göstərən ASALA və “Hizbullah” kimi təşkilatlar formalaşdı.

ASALA (Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu) 1975-ci ildə Beyrutda erməni radikal terrorçular tərəfindən yaradıldı. Təşkilat marksist ideologiyasına əsaslansa da onlar faşist-erməniçiliyə üstünlük verərək Asala terror təşkilatını qurdular. Terrorçu ermənilərin əsas məqsədi Osmanlı dövründə baş vermiş 1915-ci il hadisələrinin qisasını almaq və “Böyük Ermənistan” nağılını həyata keçirmək idi.

ASALA-nın üzvləri fələstinlilərin livandakı düşərgələrində təlim alır, Fələstinli terror təşkilatları ilə əməkdaşlıq edirdilər. ASALA-nın üzvləri Livanda müxtəlif terror əməliyyatlarında iştirak etmiş, məşq keçmiş və təcrübə qazanaraq Türkiyə və digər dövlətlərin vətəndaşlarına qarşı terror aktları həyata keçirmiş və  beynəlxalq aləmdə tanınmışdılar.

ASALA üzvlərinin Livandakı erməni məhəllələrində və fələstinli terrorçularla birlikdə təlim keçməsi, onların təkcə erməni məsələsi ilə deyil, dinçi radikal quvvələrlə bağlılıqlarının olduğunu ortaya qoyur. Onların ideoloji sintezi ASALA-nın regiondakı digər radikal təşkilatlarla əməkdaşlıq etməsinə səbəb olub. Eyni zamanda, bu təcrübələr “Hizbullah” kimi terror təşkilatlarının formalaşması üçün də dolayı yolla bir nümunə yaratdı.

“Hizbullah” isə 1982-ci ildə İranın ideoloji və maliyyə dəstəyi ilə yaranmış şiə islamçı terror təşkilatdır. Onun fəaliyyəti əsasən dini ideologiya üzərində qurulub, lakin taktiki baxımdan ASALA və digər solçu təşkilatların metodlarından örnək götürmüşdür. “Hizbullah”ın ilk illərində Livandakı düşərgələrində ASALA-nın təcrübələrini öyrənərək alaraq silahlı terror təşkilatının necə qurulması, silahlı-terror təşkilatın fəaliyyət istiqamətləri və beynəlxalq diqqətin cəlb olunması yollarını öyrənmək üçün örnək rol oynayıb.

Əldə olunan məlumatlara görə, ASALA-nın bəzi üzvləri “Hizbullah” terror təşkilatının formalaşdığı dövrdə şiə icmalarla əlaqə saxlayır, eyni düşərgələrdə təlim keçirdilər. Həsən Nəsrullahın gənclik illərində bu tip qruplarla əlaqədə olması və ideoloji təlimlərdə iştirak etməsi də bu bilgilərdə yer alır. Bu, birbaşa ideoloji yaxınlıq olmasa da, taktiki və metod baxımından bir ötürmənin baş verdiyini göstərir.

Beləliklə, Livandakı mürəkkəb siyasi və ideoloji mühit bir-birindən fərqli, lakin qarşılıqlı təsirə məruz qalan silahlı terror təşkilatların yaranmasına səbəb olmuşdur. ASALA-nın Livandakı fəaliyyəti və solçu cəryanlarla əlaqələri, dolayısı ilə “Hizbullah” kimi terror təşkilatların formalaşma mühitini “zənginləşdirmiş” və onların gələcək strategiyalarına təsir göstərmişdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)